STP-dən ixtisar və işçilərin narazı olması ittihamlarına – CAVAB

1399

Sumqayıt Texnologiyalar Parkı (STP) ixtisar və işçilərin narazı olması ilə bağlı xəbərlərə münasibət bildirib.

FED.az xəbər verir ki, STP-dən daxil olmuş məlumata görə, ixtisarlar barədə yazılanlar əsassızdır:

“Haqqımızda dərc olunan bir neçə məqalədə şirkətimizdə ixtisarların getdiyi qeyd edilib. Bütün bu informasiyalar tamamilə əsassızdır. Əksinə böyük iş elanları səhifələrində şirkətimizdə elan edilən müxtəlif vakansiyalar ilə mütəmadi olaraq tanış ola bilərsiniz. Nəzərə almaq lazımdır ki, Sumqayıt Texnologiyalar Parkı 11 zavoddan ibarət olan böyük bir müəssisədir. Təbiidir ki, belə iri müəssisələr mütəmadi olaraq yeni kadrlar cəlb edir, həmçinin şirkətimizdə formalaşmış kvalifikasiyalı kadrlar müxtəlif şəxsi səbəblərdən iş yerlərini dəyişərək başqa şirkətlərdə işləməyə başlayır. Bu isə əmək bazarında gedən çox normal bir prosesdir”.

Məlumatda qeyd edilib ki, Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda ən iri sənaye şirkətlərindən biri olmaqla yanaşı ən iri işyerlərindəndir. Texnopark yerli və xarici bazarda Neft və Qaz, Enerji, Tikinti və Kənd təsərrüfatı sektorları üçün yüksək keyfiyyətli məhsullar istehsal edir. Şirkətin əsas məqsədlərindən biri ixracatı gücləndirərək qlobal şirkətə çevrilməkdir. Bu isə şirkətin yüksək keyfiyyətli məhsul istehsal etməsi ilə yanaşı beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini nəzərdə tutur. Beynəlxalq standartlar isə idarə etmənin, istehsal prosesinin, istehsal şəraitinin müəyyən olunmuş normalara uyğun olmasını tələb edir. STP-nin kadr siyasəti də bu istiqamətdə görülür və şirkətin beynəlxalq standartlara əsaslanan şirkət kimi qlobal bazarda rəqabətliliyini təmin etmək məqsədi daşıyır.

İLK DƏFƏ POLŞAYA İXRACA BAŞLAYACAQ

“STP Rəhbərliyinin uğurlu kadr siyasətinin nəticəsi olaraq şirkət bu istiqamətdə bir sıra uğurlara imza atıb. Son 2 il ərzində ixracat sahəsində bir çox ilklərə imza atmış şirkətimiz 2019-cu ilə də yeniklərlə başlayıb. Belə ki, növbəti aylarda STP ilk dəfə olaraq Polşaya ixrac əməliyyatları həyata keçirəcək. Həmçinin Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Rusiya bazarlarında daima “Made in Azerbaijan” markasını təmsil edən şirkətimiz bu istiqamətdə daha böyük nailiyyətlər əldə etməyi planlayır. Təbii ki, Bütün bu informasiyalar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.

Görülmüş bu kimi işlər şirkətimiz, şirkətimizdə çalışan bütün əməkdaşlar üçün qürur vericidir. Bu uğurun arxasında dayanan başlıca səbəb isə son iki ildə aparılan uğurlu kadr siyasətidir. Son iki il ərzində İnsan Resursları departamenti Azərbaycanda uğurlu fəaliyyət göstərən yüzlərlə yerli və xarici şirkətlərdən yüksək kvalifikasiyalı həmvətənlərimiz STP-yə cəlb etməyi bacarıb. Həmçinin Texnoparkda çalışan əməkdaşlar üçün nəzəri və təcrübi biliklərinin artırılması üçün mütəmadi olaraq şirkət daim daxili və xarici seminarlar, təlimlər təşkil edərək öz işçilərimizin də bilik və bacarıqlarının artırılmasını həyata keçirdir. Son illər ərzində həmçinin universitet məzunu gənclər də şirkətimizdə işlə təmin olunmuşlar. Bu isə şirkətimiz, ölkəmiz üçün yeni kadrların yetişdirilməsi istiqamətində uğurlu addım hesab edilməlidir. Məhz belə uğurlu kadr siyasətinin nəticəsidir ki, şirkətimiz bütün istiqamətlərdə uğurlar qazanmağı bacarır”,- məlumatda bildirilir.

Həmçinin qeyd edilib ki, Sumqayıt Texnologiyalar Parkı əməkdaşları üçün sağlam mühit və əlverişli şərait yaradır. Əməkdaşlara verilən ödənişsiz nəqliyyat, sağlam qidalanma, mütəmadi şəkildə keçirilən təlimlər verilən imtiyazların yalnız bir qismini təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər