Sülh müqaviləsi imzalandı – 20 illik müharibə rəsmən başa çatdı + Fotolar

1546

Afrika ölkələri Efiopiya və Eritreya arasında müharibənin bitməsi ilə əlaqədar sülh müqaviləsi imzalanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ev sahibliyi ilə Ciddə şəhərində bir araya gələn Efiopiya baş naziri Abiy Əhməd və Eritreyanın dövlət başçısı İsaias Afeverki sülh müqaviləsini imzalayıblar.

İki ölkə sülh müqaviləsindən sonra səfirliklərini də qarşılıqlı olaraq yenidən açmağa qərar veriblər.

Mərasimdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazirin müavini və müdafiə naziri Məhəmməd bin Salman, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər naziri Abdullah bin Zayid Əl-Nəhyan da iştirak ediblər.

Xatırladaq ki, Efiopiya və Eritreya liderlərinin iyul ayında həyata keçirdikləri qarşılıqlı səfərlərdən sonra “Birgə Sülh və Dostluq Deklarasiyası” imzalanmışdı.

Qeyd edək ki, Eritreya 1993-cü ildə müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında sərhəd mübahisələri yaranmağa başlayıb. 1998-2000-ci illərdə baş verən silahlı toqquşmalarda on minlərlə insan həyatını itirib.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər