Sultan Bəndəliyevin 80 illik yubileyi qeyd olunub

1399

Sumqayıt şəhərində “Azərbaycan bayrağı” ordenli, Birinci Qarabağ müharibəsi qazisi Sultan Orduxan oğlu Bəndəliyevin 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili İmamverdi İsmayılov, şəhid ailələri, qazilər, yubilyarın yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə yubilyara həsr olunmuş “Cəsarətin Sultanı” adlı film göstərilib, vətənpərvərlik mövzusunda qısa tamaşa təqdim olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, “Qarabağ”Ordenli Polkovnik-leytenant Ehtiram Məmmədov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri, şəhid atası Sovet Şükürov, Sultan Bəndəliyevin döyüş yoldaşları çıxış ediblər.

Qeyd olunub ki, onun mükəmməl komandir strategiyası Ağdamın Abdal-Gülablı kəndində, Aranzəmin, Pircamal, Naxçıvanik döyüşlərində hərbçilərin dadına çatıb. Əfqanıstandan başlayan vuruş yoluyla topladığı təcrübəsi Qarabağ müharibəsində böyük rol oynayıb.

Daha sonra yubilyar səhnəyə dəvət olunub, təşkilatçılara minnətdarlığını bildirib. Sumqayıt şəhər İcra Hakimiyyəti adından Sultan Bəndəliyevə hədiyyə təqdim olunub.

Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər