Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun lahiyəsində dəyişiklik edilib.
İlkin mərhələdə arenanın tutumunun yenidənqurmadan sonra 15 min nəfər olacağı nəzərdə tutulsa da, sonradan lahiyə yenidən işlənib və tutum iki dəfə artırılıb. Yəni Sumqayıt arenasının tutumu 30 min nəfərə çatrılıcaq.
Burada şəhərin idman ictimaiyyətinin, azarkeşlərinin istəyindən əlavə, Azərbaycanın “Avro-2020″ə ev sahibliyi etmək iddiası da rol oynayıb. Bildiyiniz kimi, UEFA-nın tələblərinə görə, bu cür mötəbər turnirə ev sahibliyi etmək istəyən ölkələr 9 stadion təqdim etməlidirlər ki, bu stadionların da tutumu 30000-dən aşağı olmamalıdır.
Qeyd edək ki, Azərbaycan “Avro-2020″ni Gürcüstanla birgə təşkil etməyə iddialıdır.