Sumqayıt 1 saylı Mediasiya təşkilatı bir qrup vəkilə təşəkkür elan edib

857
Bu barədə Təşkilatdan məlumat verilib. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Etibar Həsənov bildirib ki, “Ölkəmizdə son illərdə Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsilə aparılan köklü islahatların bir hissəsi də məhkəmə-hüquq sisteminə aiddir.  Bununla bağlı 03.04.2019-cu il tarixdə “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” müvafiq Fərman imzalanmış və bu istiqamətdə yol xəritəsi müəyyən edilib. Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında 2017-ci ildən etibarən vəkillik sahəsində aparılan əsaslı islahatlar və əldə edilən müsbət nəticələr mühüm əhəmiyyətə malikdir. Çünki müdafiə hüququnun təmin olunması ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsidir və müdafiə hüququnun təmin edilməsi heç də yalnız məhkəmə müstəvisi ilə məhdudlaşmır. Yəni müdafiə hüququ aidiyyəti olan istənilən strukturu əhatə edə bilər. Dövlətin bu islahatları aparmaqda məqsədi isə vətəndaş məmnunluğunun təmin edilməsi, iqtisadi inkişaf və sahibkarlığa əsaslı dəstəkdən ibarətdir. Məhz yuxarıda qeyd edilənlərin məntiqi nəticəsi olaraq 29.03.2019-cu il tarixdə “Mediasiya haqqında” Qanun qəbul edilib və 01.07.2021-ci il tarixdən isə icra edilməyə başlanıb. Hazırda mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya  cəmiyyətimizə inteqrasiya dövrünü yaşayır. Bu sahədə qüsurlarımız olsa da, uğurlarımız da az deyil. Hətta hələ iki yaşı olmayan bir təsisat üçün əldə olunmuş nəticələri yüksək dəyərləndirmək olar.”
E.Həsənov qeyd edib ki, “Mediasiya alternativ həll variantı olsa da hər bir halda mediasiya prosesinin mahiyətinə uyğun keçirilməsi üçün(sənədlərin tərtibatı, prosedurlara düzgün riayət edilməsi və s.) keyfiyyətli hüquqi yardımın olması zəruridi və bu yardım məhz vəkillər tərəfindən yüksək səviyyədə təmin edilir. Bu baxımdan Mediasiya Şurasının üzvü Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən Azərbaycan Respublikası  Vəkillər Kollegiyasının bir neçə xanım üzvlərinə mübahisələrin alternativ həllinə üstünlük verərək, mediasiya institunun inkişafında göstərdikləri fəallığa görə təşəkkür elan edilib.”

Sonra mediasiyanın inkişafında fəallıq göstərən Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Həqiqət Dadaşovaya, Sumqayıt Regional Vəkil bürosunun vəkilləri Gülnur Qasımlıya, Günay Cəfərovaya və Nigar Hüseynovaya təşəkkürnamələr təqdim edilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər