Sumqayıt 10 nömrəli Peşə Liseyi yaradılacaq
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, Sumqayıt 2 və 4 nömrəli peşə liseylərinin birləşdirilməsi barədə qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, onların bazasında Sumqayıt 10 nömrəli Peşə Liseyi yaradılacaq.
Təhsil Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.