Sumqayıt 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin qeydiyyatında olan sakinlərin 99 faizinə 1-ci doza vaksin vurulub

1366

Sumqayıtdakı 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində əhalinin 99 faizinə koronavirus əleyhinə 1-ci doza peyvənd vurulub. Mərkəz şəhərin 2-ci, 5-ci, 6-cı mikrorayon və 45-ci məhəllədə yaşayan sakinlərinə tibbi xidmət göstərir.

Mərkəzin baş həkimi Maisə İsmayılova bildirib ki, tibb müəssisəsinin xidmət ərazisində 33 min 379 nəfər qeydiyyatdadır. Onlardan 8729 –u uşaq, 24 min 650 nəfəri isə 18 yaşından yuxarı şəhər sakinidir.

Şəhərdə aparılan geniş maarifləndirici işin müsbət nəticəsi olaraq müəssisəmizdə 49 min sakin peyvəndə cəlb olunub. Onlardan 30 mini artıq 2-ci doza vaksini qəbul edib. Bundan əlavə, 6 mindən çox sakinə “buster” doza, yəni 3-cü doza vaksin vurulub. “AZƏRTAC”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər