“Sumqayıt” Futbol Klubu Premyer Liqaya hazırlıq məqsədi ilə Antalyada təlim-məşq toplaşına start verib. Bu gün Belek bölgəsində yerləşən “Arcadia Limak” mehmanxanasına gələn komandamızın heyətində 25 futbolçu yer alır. Bernhard Raabın komandası sabahdan etibarən gündə iki dəfə olmaqla məşq edəcək. “Sumqayıt” Antalyada 3 yoxlama oyunu keçirəcək. İlk rəqibimiz isə Qazaxıstan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” Futbol Klubu olacaq. Qarşılaşma 19 yanvar Bakı vaxtı ilə 12:30-da baş tutacaq.