Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.
İclasda bir sıra məsələlərlə yanaşı, Sumqayıt Regional “ASAN xidmət” mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunmuşdur.
Sunqayitxeber.com-un əldə etdiyi məlumata görə, bundan sonra Sumqayıt “ASAN xidmət” mərkəzində vəkil xidməti Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlı tərəfindən həyata keçiriləcək.