Sumqayıt “ASAN”laşacaq (FOTOLAR)

1199

Budur, “ASAN” xidməti Sumqayıta gəlir. Hazırda şəhərin Avtovağzalı ilə üzbəüz 3 mərtəbəli bina bu Xidmətin fəaliyyəti üçün restavrasiya edilir.

Əməkdaşımız son təmir və rekonstruksiya işlərinin aparıldığı binada olub. Xidmətin məsul işçilərinin verdiyi məlumata görə işlər başa çata kimi “ASAN” xidməti Sumqayıtda fəaliyyətə başlayacaq. “Hələlik dəqiq deyə bilmərik ki, bu işlər nə vaxt bitəcək, ancaq hər halda, may ayından gec olmamalıdır “ – deyə xidmət əməkdaşları bildirib.

Bu arada Xidmətin yerləşəcəyi binanın ətrafı da sürətlə badlaşdırılır.

Qeyd edək ki,  “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin ediləcək:

– vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:
– doğumun qeydə alınması;
– ölümün qeydə alınması;
– nikahın qeydə alınması;
– nikahın pozulmasının qeydə alınması;
– övladlığa götürmənin qeydə alınması;
– atalığın müəyyən edilməsinin qeydə alınması;
– adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
– vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
– notariat fəaliyyəti;
– şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
– ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
– sürücülük vəsiqələrinin dəyişdirilməsi;
– məhkumluq barədə arayışların verilməsi;
– daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
– yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
– daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
– kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
– hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
– gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
– Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
– torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
– əmək pensiyalarının təyin edilməsi;
– dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Hazırladı:  Rəşad Əliyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sevinc Məmmədova
    Aprel 4, 2013 - 12:32

    Yazaraq bilmək istərdim ki, bu xidmət mərkəzində sumqayıt gənclərinə işləmək üçün yer ayrılacaq yoxsa kimin pulu və yaxşı arxası olan gənclər işlə təmin olunacaq. Biz Azərbaycanlı gənclərə heç yerdə yer yoxdu. Mən ali təhsili iqtisadçı bir qadıına sumqayıtda iş tapılmır yazaraq sizdən xahiş edirəm xalqa yararlı bir gənc kimi sizdən məni bu xidmət mərkəzində münasib işlə təmin edəsiniz.

  • Xudiyeva Vəfa
    Aprel 5, 2013 - 11:17

    Əvvala onu qeyd edim ki, “ASAN XİDMƏT”in Sumqayıt şəhərində fəaliyyətə başlayacağı xəbəri bir sumqayıtlı kimi məni çox sevindirdi. Belə ki, sumqayıtlılar bu xidmətdən istifadə etməklə bir çox problemlərinin həllinə tez bir zamanda nail ola biləcəklər. Mən də bir hüquqşünas kimi bu problemlərin həllində yaxından iştirak etmək arzusundayam. Xahiş edirəm ki,məni Mərkəzinizdə müvafiq işlə təmin edəsiniz. Öncədən təşəkkür edirəm!
    Vəfa Xudiyeva

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər