Hər yaşdan insanların, ailələrin stadionlara gəlməsini təşviq etmək məqsədi ilə “Sumqayıt” Futbol Klubu azarkeşlərlə birlikdə “Ailəvi azarkeş” kampaniyasına start verib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kampaniyada bunlar qeyd edilib:
“Avqustun 30-da keçiriləcək “Araz Naxçıvan”la ev oyunumuzda ailənizlə birlikdə (ən az bir böyük və bir uşaq) şəkil çəkdirin və onu bu statusun altında paylaşın.
Sentyabrın 9-u saat 23:59-a qədər ən çox bəyənilən şəkil qalib elan ediləcək və qalib fotonun müəllifinə “Sumqayıt”ın forması və şərfi hədiyyə olunacaq”.
Qeyd: “Ailəvi azarkeş” kampaniyası hər ev oyununda keçiriləcək.
Avqustun 30-da keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” oyununa saat 20:00-da start veriləcək.
“Sumqayıt” azarkeşləri üçün kampaniya başlatdı
•
441
Müzakirə qapadılmışdır.