Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub.
“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cari turda “Səbail”i 1:0 hesabı ilə üstələyən və yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən “gənclik şəhəri” təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb.
Bu müddətdə “Sumqayıt” 63 heç-heçə edib və 114 dəfə məğlub olub. Qələbələrdən isə 41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.