Martın 4-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının salonunda şəhər fəallarının yığıncağı keçirilmişdir. Yığıncaqda keçən ilin yekunları müzakirə olunmuş, 2011-ci ildə qarşıda duran vəzifələr müəyyən edilmişdir. Bu, Sumqayıt İcra hakimiyyətinin yeni başçısı Eldar Əzizovun şəhər fəalları ilə ilk görüşü idi. İşgüzar dialoq formatında keçirilən yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir. Şəhərin rəhbəri tədbiri açaraq qeyd etmişdir ki, dünyanı bürümüş qlobal böhran fonunda respublikamız dinamik inkişafını davam etdirir. Bu gün bütün dünya respublikamızın nailiyyətlərini və Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan müstəqil siyasət yeridir, ölkənin şəhər və rayonları günbəgün gözəlləşir, infrastruktur intensiv inkişaf edir, 2010-cu ilin yekunlarına görə ÜDM-in artımı 5 faizə bərabər olmuşdur. Bütün bu nailiyyətlərin əsasını dövlətimizin başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti təşkil edir. E.Əzizov Azərbaycanın inkişaf konsepsiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin yüksək xidmətlərini xüsusi vurğulamışdır. Sumqayıt İcra hakimiyyəti başçısının müavini Akif Quluyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə şəhərin bütün sahələrinin və qurumlarının fəaliyyəti ətraflı təhlil edilmişdir. Yığıncaq ümumiyyətlə tənqid və özünütənqid ruhunda keçmişdir. Qazanılmış nailiyyətlərlə yanaşı, bəzi mənfi hallar və problemlər barədə də danışılmışdır. Şəhərsalma, yaşıllaşdırma işlərində ciddi pozuntular, şəhər təmizlik departamentinin işində, səhiyyədə qüsurlar qeyd edilmişdir. Yığıncaq iştirakçıları müzakirələrdə fəal iştirak etmişlər. Zalda qoyulmuş mikrofonların yanında təkliflərini, şikayətlərini bildirmək arzusunda olanlar növbəyə düzülmüşdü. Hər bir müraciət diqqətlə dinlənilmiş, nəzarət üçün qeydə alınmışdır. Sumqayıt fəallarının qarşısında dövlətimizin başçısının əsas tələbinin yerinə yetirilməsinə – ölkənin hər bir vətəndaşına diqqətin, Qarabağ müharibəsi əlillərinə və məcburi köçkünlərə xüsusilə həssas münasibətin təmin edilməsinə yönəlmiş aktual vəzifə qoyulmuşdur. Şəhər rəhbəri demişdir: “Bizim prioritet vəzifəmiz şəhər əhalisi ilə işləməkdir, hər bir məmurun öz işinə məsuliyyətli münasibəti günün tələbidir”. Yığıncaqda şəhərin biznes mühitinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər görülməsinin, sahibkarların fəaliyyətinə əsassız müdaxilələrə son qoyulmasının, şəhərsalmada koloritliyin yaxşılaşdırılmasının, “Heydər bağı”nın abadlaşdırılmasının, mərkəzi küçələrin dizaynının modernləşdirilməsinin, nümunəvi məhəllələr yaradılmasının zəruriliyi və bir sıra başqa məsələlər də qeyd edilmişdir. Eldar Əzizov demişdir: “Biz Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi barədə Prezident İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün ciddi işləməliyik”. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Ətrabə Rzayeva,
Sumqayıt, 4 mart (AzərTAc).
COX ELA ELMI-PRAKTIK KONFRANS IDI. MENIM EN COX XOSHUMA GELEN ACIQ MIKRAFON DIALOQU IDI. INSHALAH UMID EDIREM ISTEK VE TEKLIFLERIMIZ ELE ORDA DA SOZ OLARAQ QALMAZ