Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatar adam vurdu

680

Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfil qatarın qarşısına çıxıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər