Sumqayıt bələdiyyəsi hesabat verdi - FOTO

1646
Sumqayıt Bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağı keçirilib. Yığıncaqda Sumqayıt Bələdiyyəsinin 2018-ci il üçün hesabatı dinlənilib.
Hesabat məruzəsi ilə çıxış edən Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son üç il ərzində olduğu kimi 2018-ci ildə də Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında şəhərdə irimiqyaslı layihələrin həyata keçirildiyini, yenidənqurma və abadlıq işlərinin aparıldığını, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulduğunu, yeni müəssisə və obyektlərin tikilib istifadəyə verildiyini diqqətə çatdırıb. S.Əsədov qeyd edib ki, Sumqayıt Bələdiyyəsi şəhərdə görülən yenidənqurma işlərinə dəstək verir.
Qeyd edilib ki, hesabat ilində Sumqayıt Bələdiyyəsinin 14 iclasında 543 məsələ müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri-hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişdir. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 44 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.
Vurğulanıb ki, bu dövr ərzində bələdiyyədə “Açıq qapı” günləri elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunmuş, bələdiyyə ilə operativ əlaqələrin saxlanılması məqsədi ilə bələdiyyənin mövcud olan  “qaynar xətt” telefon nömrəsi bir daha vətəndaşların nəzərinə çatdırılmış, bu xətlə vətəndaşlardan daxil olan müraciətlər cavablandırılmışdır. Əhalinin sıx toplaşdığı yerlərdə bələdiyyə poçt qutuları quraşdırılmışdır.
2018-ci ilin aprel-avqust aylarında Sumqayıt Bələdiyyəsinin  ərazisində 146 məhəllə komitəsində hesabat-seçki iclasları keçirilmişdir. İclaslarda 7281 nəfər şəhər sakini iştirak etmişdir. Seçki kampaniyası əsasında 5 məhəllə komitəsi yaradılmışdır.
2018-ci ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri  305928 manat təşkil edən 164 layihə həyata keçirmişlər.
Daha sonra məhəllə komitələrinin üzvlərinin çıxışları və təklifləri dinlənildi, sakinləri narahat edən məsələlər müzakirə edildi.
Azərbaycan şəhər Bələdiyyələri Assosiasiyasının icraçı katibi Tofiq Həsənov və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin məsləhətçisi İsgəndər Orucov Sumqayıt Bələdiyyəsinin ölkənin nümunəvi və ən fəal bələdiyyələrindən biri olduğunu diqqətə çatdırdı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev şəhərdə görülmüş işlər və nəzərdə tutulan layihələr barədə məlumat verdi, Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırdı, məhəllə komitələrinin üzvlərinin qaldırdığı məsələləri münasibət bildirdi. S.Quliyev qeyd edilən problemlərin müvafiq strukturların diqqətinə çatdırılacağını bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər