Sumqayıt Bələdiyyəsi “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi”, Bələdiyyənin sədr müavini Musa Həsənovun vəfatı ilə əlaqədar nekroloq yayıb.
Nekroloqda deylir:
“Həsənov Musa Süleyman oğlu 12 noyabr 1963-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhləlikdən başlayıb. Həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsində, daha sonra isə Sumqayıt şəhər Komsomol komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər məclisinin sədri vəzifələrində çalışıb. 1994-2014-cü illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2014-cü il dekabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülüb. 2014-cü ilin dekabr ayının 23-də Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.
2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.
Sumayıt Bələdiyyəsi olaraq Musa Həsənovun vaxtsız vəfatı ilə əlaqədar olaraq ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. M.Həsənovun uzun illər çalışdığı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi kimi şəhərimizin gənclər və idman sahəsində xidmətləri əvəzsizdir. Sumqayıt şəhər ictimaiyyəti, o cümlədən şəhər Bələdiyyəsinin üzvləri və əməkdaşları Musa Həsənovu daim gözəl, ziyalı insan kimi xatırlayacaq. Allah rəhmət eləsin!”
Sumqayıt Bələdiyyəsi nekroloq yayıb
•
888