Sumqayıt Bələdiyyəsinin dəstəyilə yeni yaşıllıq zolağı salınır

618

Sumqayıt Bələdiyyəsi gənclik şəhərinin 65 illik yubileyi münasibətilə Bakı-Quba magistralının Sumqayıt girişində iməcilik keçirib. Bələdiyyədən verilən məlumata görə, yeni yaşıllıq sahəsinin yaradılmasına başlanıb.

Ağacların pərakəndə deyil, planlı şəkildə əkilməsi üçün ilk növbədə sahədə müvafiq planlaşdırma-ölçü aparılıb, əraziyə torpaq tökülüb, hamarlanıb və digər abadlıq işləri görülüb. Daşlıq olan ərazidə çalaların qazılması üçün əraziyə quyuqazan texnika cəlb edilib. Növbəti günlərdə çalalar tam hazır olduqdan sonra sahəyə əkin üçün münbit torpaq və təbii gübrə daşınması nəzərdə tutulur.

Builki payız mövsümündə 300-ə qədər ağaçın əkilməsini planlaşdıran Bələdiyyə kollektivi tərəfindən yeni yaşıllıq ərazisinin salınması da şəhər üzrə nəzərdə tutulmuş yaşıllaşdırma tədbirlərinin tərkib hissəsidir. Ümumulikdə isə bu ilin sonunadək Sumqayıtda yeni əkilmiş ağacların sayı 40 minə çatdırılacaqdır. Bunun 20 minə qədəri Bakı-Quba yolu boyunca əkilməkdədir. Şəhərin Heydər Əliyev parkında, İ.Nəsimi adına parkda, şəhərdaxili küçə və xiyabanlarda, məhəllə və mikrorayonlar daxilində əkilən yeni ağaclar isə Sumqayıtın mənzərəsini daha da gözəlləşdirməklə yanaşı, şəhərin ekologiyasının yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər