Sumqayıt bulvarında 20 min qızıl gül, 5 min mövsümü gül və 2 min zeytun ağacı əkilib - VİDEOREPORTAJ

669

Bu gün sürətlə inkişaf edən Sumqayıt şəhəri günbəgün gözəlləşir və sözün həqiqi mənasında inkişafının dinamik mərhələsini yaşayır. Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib. Sürətlə böyüyüb gözəlləşən sahil şəhərində əhali artımı, iqtisadi inkişaf, sosial sferanın yenilənməsi prosesləri dinamik xarakter daşıyır.

Əhalinin arzuları nəzərə alınmaqla ərazilərin müasir standartlara uyğun tərtibatı, istirahət guşələrinin yaradılması geniş vüsət alıb.

Qeyd etmək lazımdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər ərazisində aparılan bütün abadlıq-quruculuq işlərini daima xüsusi diqqət mərkəzində saxlayır və işlərin gedişinə şəxsən nəzarət edir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb.  Sumqayıt Bulvarı bu gün öz gözəlliyi ilə hər kəsi valeh edir. Hazırda giriş hissədən başlayaraq mövzümlə əlaqəli yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər