“Sumqayıt Çörək Zavodu” ATSC daim aztəminatlı ailələri diqqət mərkəzində saxlayır.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, “Sumqayıt Çörək Zavodu” ATSC Sumqayıt şəhərində yaşayan aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımları təqdim edib.