Sumqayıt ədəbi mühitinə ağır itki üz verib.
sumqayitxeber.com -un məlumatına görə, bu gün qocaman şair və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Xasay Cahangirov uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.
X.Cahangirov 35 il “Sosialist Sumqayıtı” (indiki ”Sumqayıt” qəzeti) redaksiyasında sənaye şöbəsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda, 1958-ci ildə “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyini yaradaraq həmin birliyə 26 il rəhbərlik edib. Bu birlik Sumqayıt ədəbi mühitinin formalaşmasında müstəsna rol oynayıb.
Allah rəhmət eləsin!
Sumqayıt daha bir ziyalısını itirdi -FOTO
•
686