Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurub

1560

Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurub.

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mövsümün bağlanışı ilə əlaqədar teatrda geniş toplantı keçirilib.

Teatrın direktoru əməkdar artist Mübariz Həmidov çıxışında repertuar siyasətinin qurulmasından danışıb. Baş rejissor və quruluşçu rejissorlara tövsiyyə və tapşırıqlarını verib.

O, həmçinin qeyd edib ki, yaradıcılıq imkanlarının gücləndirilməsi üçün hər kəs öz üzərində çalışmalıdır. Dünya teatrları ilə inteqrasiya üçün yaradıcılıqla yanaşı PR işi ön plana çıxarılmalıdır. Tamaşaçıların bədii-estetik zövqünün formalaşması, eyni zamanda vətənpərvərlik hisləri aşılayan, milli-mənəvi dəyərləri, dövlətçiliyi təbliğ edən əsərlər səhnə həllini tapmalıdır. Prezidentin sərəncamı ilə 50 illik yubileyin qeyd olunması da bizi sevindirir. Biz bu yubiley tədbirində teatrın keçdiyi şərəfli yolu tamaşaçılara göstərməliyik. Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da nəinki respublika səviyyəsində, dünya çapında belə layiqli yer tutmaq iqtidarındadır.

Daha sonra teatrın rəhbəri M.Həmidov yeni mövsümdə görüləcək işlər barədə məlumat verərək kollektivə mənalı istirahətlər və xoş arzular diləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər