Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır – ELAN

459

Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır.
Teatrın gənc rejissoru Ümüd Abbas Nihani mühacirlər mövzusuna müraciət edib.
S. Mrojekin “Mühacirlər” əsəri Ümid Abbasın yozumunda “-1” adı ilə müasir və aktual traktovkada təqdim olunacaq.
Gənc və istedadlı aktyorlar Elay Xasıyev Bico Qrupu və Kamran Murad oyun tərzləri ilə izləyicinin diqqətini zirzəmidə baş verən söhbətlərə çəkə biləcəklər.
Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
Bu həyəcan dolu tamaşanı 7 aprel saat 18⁰⁰-da izləyə bilərsiniz.
Biletlər teatrın kassasında satılır.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+99455) 449-42-12

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər