Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olunub – FOTO

1507

Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olunub.

10 Mart  1973-cü il Azərbaycan Milli  Teatrının  təvəllüd  günüdür. Sumqayıt Dövlət Dram Teatrı 1969- cü il, martın 14- də o vaxtkı adı ilə Gənclər Teatrı kollektivi olaraq ilk dəfə öz pərdələrini tamaşaçıların üzünə açıb. Bu əlamətdar tarixlər məhz bugün Sumqayıt Dövlət Dram Teatrında qeyd olunub. Məhz 1969- cu ildə hazırlanmış ilk tamaşa M.F. Axundovun  “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası yeni quruluşda Sumqayıt tamaşaçılarına və qonaqlara təqdim edilib.

Məlumat üçün bildirək ki, teatrın ilk tamaşasına Cənnət Səlimova, müasir versiyasına isə Firudin Məhərrəmov quruluş verib. Tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik edib.

 Natiq bildirdi ki, Prezident İlham Əliyev 1-ci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı qaldırılan sosial problemlərin anında həll olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O cümlədən Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının müasir standartlara uyğun əsaslı təmiri və yenidən qurulması yaradıcılıq uğurlarına rəvac verir. İlk tamaşamızın yubileyinin qeyd olunması bizdən ötrü əsl bayramdır. Teatrın baş rejissoru, xalq artisti, “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasına quruluş vermiş Firudin Məhərrəmov qonaqları salamladı, 50 il ərzində teatrın keçdiyi zəngin yaradıcılıq yolundan danışdı.. Daha sonra çıxış edənlər son zamanlar teatrın repertuarında yer alan çeşidli tamaşaların bədii dəyərindən, tamaşaçı – teatr ünsiyyətinin gücləndirilməsi sahəsində  kreativ layihələrdən, beynəlxalq festivallara hazırlıqdan, həmçinin Sumqayıt şəhərinin 70 illiyinə həsr olunacaq yeni tamaşadan söz açdılar. Təqdim olunmuş tamaşadan öncə tamaşaçılar teatrın 50 illik  yaradıcılıq yolunu əks etdirən sərgi- afişa və teatrın qrim, kostyum, butafor, bədii dekor sexləri ilə tanış edilib. Ardından M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” məzhəkəsi tamaşaçılara təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər