Sumqayıt Dövlət Dram Teatrında soyqırımı günü anılacaq

1276

Sumqayıt Dövlət Dram Teatrında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq martın 31-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun vətənpərvərlik mövzusuna həsr olunmuş “Vicdanın hökmü” tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur. Səhnə əsərində obrazları Əməkdar artist Ulduzə Nəsir, artistlər Habil Xanlarov, Siyavuş Mahmudov, Mətləb Səfərli, Vaqif Səmədzadə, Şəms Abdullayeva, Vəfa Qurbanova, Rövşən Əsgərov, Rövşad İlyasov və başqaları canlandıracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər