Sumayıt Dövlət Dram Teatrında yeni səhnə əsərinin hazırlanmasına start verilmişdir.
Milli.Az xəbər verir ki, ölkə başçımız İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. Artıq şəhərdə yubiley ab-havası hiss olunmaqdadır.
Sumayıt Dövlət Dram Teatrı da şəhərin önəmli bayramına öz yaradıcılıq töhfəsini verməyə hazırlaşır.
İdeya müəllifi və layihə rəhbəri – teatrın direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli Sumqayıtın tarixi, mədəni-sosial, iqtisadi inkişaf mənzərəsini əks etdirən yeni pyes yazıb. Müəllif öz qəhrəmanlarını əfsanə və rəvayətlər aləmindən günümüzə gətirir, insan zəkası və zəhməti ilə gerçəkləşən möcüzəyə qovuşdurur.
Yeni tamaşanın təhvil verilməsi may ayının 15-də nəzərdə tutlmuşdur. Daha sonrakı aylarda şəhərin möhtəşəm yubiley tədbirləri çərçivəsində “Sevgilim Sumqayıt” tamaşaçılara təqdim olunacaqdır.