Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün virtual açlışı

380

C.Cabbarlı “Solğun çiçəklər”, C. Məmmədquluzadə “Danabaç kəndinin əhvalatları” və Ə.Əmirli “Sevgilim Sumqayıt” əsərlərinin premyeraları ilə yadda qalan 51-ci mövsümün son 4 ayı məlum səbəbdən bütün teatrlarda olduğu kimi Sumqayıt Dövlət Dram Teatrında da bir neçə tamaşanın premyerası və məşqlərin aparılması mümkün olmamışdı. Koronavirus pandemiyası üzündən fəaliyyətini onlayn davam etdirən Sumqayıt Dövlət Dram Teatrı  virtual repertuar tərtib edərək  müxtəlif janrlı  səhnə əsərləri ilə teatrsevərlərin zövqünü oxşaya bilmişdi.

Sənət ocağı  COVİD-19 infeksiyası səbəbilə,  52-ci teatr mövsümünün açılışını da onlayn formada böyük dramaturq M.F. Azundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası ilə reallaşdıracaq.  Mövsüm açılışı 18 sentyabr saat 18:00-da baş tutacaq. Habelə sentyabr ayı üçün virtual repertuar planı təsdiq olunmuşdur. Belə ki  tamaşaçılarımız sentyabr ayında Əli Əmirli “Sevgilim Sumqayıt”, “20 ildən sonra”,  Cəfər Cabbarlı “Solğun çiçəklər”, Con Qolsuorsi “Birincilər və Sonuncular” axşam  və Abdulla Şaiq “Qaraca qız”, Azərbaycan xalq nağılı “Məlikməmməd”, Ərəb xalq nağılı “Əlibaba və qırx quldur” gündüz  tamaşalarımızı onlayn izləyə biləcəklər.

Qeyd edək ki,  məlum vəziyyətlə bağlı ötən mövsümdən yarımçıq qalmış tamaşaların – Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”, Əməkdar artist Namis Şirməmmədovun yozumunda  Ü.Hacıbəyli “O olmasın, bu olsun”,  Fuad Kazımovun quruluşunda  Ə.Haqverdiyev “Kimdir müqəssir”,  gənc rejissor Ümid Abbasın  hazırladığı  “Pələng”(Ülviyyə Heydərova) əsərlərinin  onlayn məşqləri  davam etdiriləcək.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər