Sumqayıt Dövlət Dram Teatrının “Dərs”i yeni layihədə

962

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 44 günlük Vətən müharibəsinə həsr olunan müxtəlif tədbirlərlə, videoçarxlarla öz töhfəsini verib.

Teatrdan AZƏRTAC –a bildirilib ki, teatr bu günlərdə növbəti “Dərs” adlanan film təqdim edib.

Layihənin rəhbəri, Əməkdar artist Mübariz Həmidovdur. Ssenari müəllifi və quruluşçu rejissoru Fuad Kazımov, quruluşçu operatoru Əsgər Hüsüyev, ideya müəllifi Nizami Mirzəyevdir. Rollarda Vəfa Qurbanova, Habil Xanlarov və Mələk Dadaşova çəkiliblər.

Filmin qayəsi, yəni verilən dərsin mahiyyəti tarixini vaxtında öyrənməyi təlqin etməkdir. Fləşh-back kimi verilən kadrda məktəbin xadiməsi məktəb illərini xatırlayır, o yazı taxtasında işğal olunmuş rayonların tarixini yaza bilmir, donub qalır. Müəllimin danlağını götürür. İndi o illərə qayıdır. Xəyalən özünü şagird sayır, qeyri-ixtiyari zamanı qarışdırıb əlini qaldırır… Əlini qaldırır ki, artıq işğal vaxtını deyil, azad olunma tarixini söyləsin.

Filmin sloqanı kimi böyük Atatürkün kəlamını söyləmək olar: “Tarixini bilməyən coğrafiyasını itirər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər