“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Aprel ayının 30-da Sumqayıt şəhərində fəaliyyət göstərən, Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyinin və tələbə və müəllim heyətinin istəyi ilə bu layihə çərçivəsində növbəti təlim bu təhsil müəssisəsinin tələbləri üçün keçirildi. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, “Ferhadov Studio” MMC-nin direktoru Fərhadov Fərid və Fərdi İnkişaf və Karyera Mərkəzinin direktoru Eyvaz Qocayev aparırdı. Təlimdə 21 nəfər tələbə və 2 nəfər gənc müəllim iştirak edirdi. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimdə iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov ekspert qismində iştirak edirdi. O, ilk öncə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə belə maraqlı bir layihənin keçirilməsini dəstəklədi üçün öz minnətdarlığını bildirdi. Təlimin gedişini, istifadə edilən metodları çox bəyəndiyini və təlimi aparan peşəkar təlimçilərə öz minnətdarlığını bildirdi. Onu bu təlimə dəvət etdiyi üçün Birliyin rəhbəri Ramil Süleymanova da öz təşəkkürünü bildirdi. O, iştirakçılara əsasən internetdə necə iş tapmaq olar, Dövlət müəssisələrində iş görüşməsi zamanı daha çox verilən suallar, bu suallara necə cavab verməli və sairə mövzularda iştirakçılara maraqlı məlumatlar vermiş oldu. Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyinin və müəllimlərinin xahişi ilə bu təhsil müəssisəsində yenə növbəti bir qrup üçün bu seminarın keçirəcəklərini Ramil Süleymanov söz verdi. Təlim iştirakçıların çox maraqlarına səbəb oldu. Onlar bu təliminin tez tez keçirilməsini və bu təlimin keçirilməsinə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edildi.