Sumqayıt Dövlət Universitetində 197 nəfər müayiədən keçdi – TƏHLÜKƏLİ VİRUSA GÖRƏ

596

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə növbəti maarifləndirici aksiya keçirilib.

Tədbir “QİÇS-dən vəfat etmiş insanlarln beynəlxalq Anim günü”-nə həsr olunub.
Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov açaraq əsrin bəlasına çevrilmiş QİÇS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən və bu zərərli vərdişlərlə mübarizə sahəsində görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açıb. Qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.  Prorektor seminarın təşkili üçün  təşəkkürünü bildirdi və dövlətimizin sosial yüksəlişi, işıqlı gələcəyi naminə gənc nəsli sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırıb.

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova  tələbələrə QİÇS və digər infeksiya xəstəlikləri barədə məlumat verdi. Bildirdi ki,  qazanılmış immun çatışmazlığı sindromu (QİÇS-SPİD) eyniadlı virus – insanın immun çatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstəliklərdəndir.
Seminarda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova və mütəxəssis  Ceyhun Nəcəfov “ İİV və QİÇS (AİDS) nədir?”, “HİV  necə ötürülür?”, “QİÇS-dən necə müdafiə oluna bilərik?” mövzularında məruzə ilə çıxış edərək QİÇS-in günümüzün ən aktual problemlərindən biri olduğunu qeyd etdilər. Onun dünyaya sürətlə yayılan və hər il minlərlə insanın ölümünə səbəb olan ciddi xəstəlikdir bu xəstəliyə təkcə tibbi yolla deyil, psixoloji və ciddi maarifləndirmə işləri ilə mübarizə aparmaq lazımdır. Tədbirin sonunda gəncləri maraqlandıran sualları cavablandırdılar. Gənclərə İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylandı.

Seminar tələbə gənclərin İnsanın İmmun Çatışmamazlığı Virusu üzrə qan nümunələrinin laboratoriya sınaq testləri ilə yekunlaşıb.  Müayinədə ümumilikdə 197 nəfər iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər