Sumqayıt dünyanın diqqət mərkəzində - 60-dan çox ölkənin nümayəndəsi Sumqayıtda - FOTOLAR (VİDEO)

16161

Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.

Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində diplomatlar Sumqayıt Kimya Sənaye Parkında olublar. Onlara məlumat verilib ki, bu layihə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq həyata keçirilib. Fərmana əsəsən Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Hazırda Parkda istehsalat və tikintidə 5700 nəfərdən çox işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,6 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.

Sonra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinə “SOCAR Polymer” layihəsinin təqdimatı nümayiş olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diplomatlara Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verib. Bildirib ki, vaxtilə mövcud olmuş köhnə müəssisələr Prezident İlham Əliyevin tapşırığı ilə sökülərək yerində müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz yeni zavodlar tikilməyə başlandı. Bu zavodların bir hissəsi artıq açılıb, digərləri isə cari ilin sonunadək açılacaq. Bu müəssisələrin açılması Sumqayıtda işsizlik probleminin aradan qaldırılmasına mühüm töhfə verib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransın keçirildiyini xatırladıb. Bildirib ki, konfransda dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsinə böyük önəm verildiyini xüsusi vurğulayıb. Azərbaycan iqtisadiyyatında neft amili böyük rol oynayıb və bu gün də oynayır. Ancaq biz bu gün postneft dövrünü yaşayırıq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda sənayeləşmə və sənaye zonalarının yaradılması ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan ilbəil özünün iqtisadi və rəqabətqabiliyyətli üstünlüklərini inkişaf etdirməkdədir. Prezidentin təşəbbüsü ilə yaradılan bu sənaye zonaları iqtisadiyyatın, sənayenin inkişafına, ölkəmizin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Daha sonra diplomatlar Sumqayıt Texnologiyalar Parkında (STP) olublar. Məlumat verilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü olan STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada istehsal olunan məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30-dan çox istehsalat sahəsi var və 2000 nəfərə yaxın işçi çalışır.

Parkda qonaqlara, həmçinin “SOCAR karbamid” zavodunun təqdimatı olub. Zavodun direktoru Xəyal Cəfərov görülən işlər barədə məlumat verib. Bildirib ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq olunmuş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən görüşdə icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə sənayenin inkişafı, əhalinin sosial rifahının, xüsusilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının təşəbbüsü ilə görülən işlərdən danışıb. O, Sumqayıtın dünyanın 19 şəhəri ilə qardaşlaşdığını da qeyd edib. İcra başçısı Sumqayıtın dotasiyasız yaşayan şəhər olduğunu qonaqların diqqətinə çatdırıb.

Sumqayıt şəhərinə səfər çərçivəsində diplomatlar, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.

Tədbirin sonunda  Sumqayıt bulvarında yeni istifadəyə verilmiş “Poseidon” restoranında qonaqların şərəfinə rəsmi ziyafət verilib 

 

TELEVİZİYALARDA:

AZTV

ATV

İCTİMAİ TV

DTV

SPACE TV

CBC TV

ARB TV

XƏBƏR PORTALLARINDA:

http://modern.az/az/news/190656#gsc.tab=0

https://news.day.az/azerinews/1087217.html

https://az.trend.az/azerbaijan/gundem/3012497.html

https://azertag.az/xeber/Azerbaycanda_akkredite_olunmus_diplomatik_korpusun_numayendeleri_Sumqayita_sefer_edibler__YENILANIB_VIDEO-1239803

https://news.milli.az/country/725983.html

https://az.trend.az/azerbaijan/gundem/3012533.html

http://www.azerbaijan-news.az/view-161824/Az%C9%99rbaycanda-akkredit%C9%99-olunmu%C5%9F-diplomatik-korpusun-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-Sumqay%C4%B1ta-s%C9%99f%C9%99r-edibl%C9%99r

http://cia.az/news-view/109001-XIN-sefirlik-ve-beynelxalq-teshkilatlarin-numayendelerinin-Sumqayita-seferini-teshkil-edib

http://cia.az/news-view/108998-Zakir-Ferecov-Sumqayit-Kimya-Senaye-Parkinda-ishleyen-shexslerin-90%-i-Sumqayit-sakinleridir

https://banker.az/sumqayit-kimya-s%C9%99naye-parkinda-isl%C9%99y%C9%99n-s%C9%99xsl%C9%99rin-90-i-sumqayit-sakinl%C9%99ridir/

https://www.azernews.az/business/144801.html

https://paralel.az/article/az/90198

https://metbuat.az/news/1118978/zakir-ferecov-sumqayit-kimya-senaye-parkinda-isleyen-sexsler.html

http://arantv.az/2019/01/31/s%C9%99firlikl%C9%99rin-v%C9%99-beyn%C9%99lxalq-t%C9%99skilatlarin-numay%C9%99nd%C9%99l%C9%99ri-sumqayit-s%C9%99h%C9%99rin%C9%99-s%C9%99f%C9%99r-edibl%C9%99r/

https://az.baku.ws/politics/57393-sfirlr-sumqaytn-icra-bacsnn-qona-oldular-foto.html
http://qafqazinfo.az/news/detail/sefirlik-numayendeleri-sumqayit-texnologiyalar-parkini-ziyaret-edib-242474

http://stimulxeber.az/siyaset/22411-60-dan-chox-olkenin-numayendesi-sumqayitda.html

http://www.aztv.az/readnews.php?lang=az&id=34805

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər