Sumqayıt dünyanın ən eybəcər şəhəri elan edildi

1120

Avstriyanın səyahət saytı “travel.ninemsn.com.au” dünyanın 7 ən eybəcər şəhərini müəyyənləşdirib. 

 Siyahıda birinci yeri Azərbaycanın Sumqayıt şəhəri tutur. Sumqayıtla bağlı yazıda qeyd olunur: ” Neft paytaxtı olan Bakı Sumqayıtla müqayisədə utopik dərəcədə müsbət görünür. Sumqayıt böyüklüyünə görə, Azərbaycanın üçüncü şəhəridir. Dəniz sahilində yerləşən bu şəhər nə vaxtsa kurort şəhəri olmalıydı. Ancaq bura sənayeni köçürdülər. Sovet Ittifaqı Sumqayıtdan kimyəvi məhsullar mərkəzi düzəltmək qərarına gəldi. Nəticədə şəhər paslanmış kimya zavodları, çirkli borular şəhərinə çevrildi. Şəhərin görməli yerləri içərisində ”Uşaq qəbiristanlığı”na rast gəlmək olar. Bura ətraf mühitin çirklənməsi nəticəsində fiziki eybəcərliklər və psixi çatışmazlıqlarla doğulan minlərlə uşağa məzar olub”.
Siyahıda Qvatemalanın Qvatemala Siti, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, Moldovanın Çisnau, Perunun La Oroya, Myanmanın Neypido və Paraqvayın Syudad-Del-Este şəhərləri yer alıb.
Movzuya qayıdacağıq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xeyale
    Mart 6, 2012 - 10:28

    Lap duzgun deyibler.

  • Nahila
    Mart 6, 2012 - 10:44

    asvalti sokub dashlamaq,teze doshenmish dashlari sokub evezinde mermer elemekle deyilmish…zibillikleri temizleyinn!!!Kohne zavodlarin yerinde qalan metallurgiyalari temizlemek, yeni ish yerleri acmaq lazimdir!!!

  • Sumqayit
    Mart 6, 2012 - 13:01

    Mence,Sumqayitin dunyanin en eybecer sheher elan olunmasi duzgun deyil.o yazini yazanlar Sumqayiti gelib gorubler hec? birdeki hardadi o usaq qebrstanligi? Sumqayit sheherini seven sadiq Sumqayitli kimi deyerdimki,zehmet olmasa,bu xeberi pozun. Men shexsen hemin Avstraliya saytinin numayendeliyine email yazib,yazdiqlarinin haqsizliq oldugunu subut etmeye calisacam. Tesekkur edirem.

  • Mansirov
    Sentyabr 24, 2012 - 22:11

    men sen ol deyerem sef sohbetdi…Sumqayiti men hec Yere deishmerem hec Bakiyada…Sumqayita sadece xerc cekilib bezemirdiler…hal hazirda duzelir…Ve Sumqayita gelen her bir shexs beyenir burani

  • Kenan
    Oktyabr 10, 2012 - 14:53

    Bir seyi qeyd etmek lazimdirki Sumqayit bakidan gozeldir.Neceki Rayonlarimizdan en gozeli Zaqataladir.ama bezi rayonlara baxirlar deyene ora yaxin olur deyene hami xoslayir.Sumqayit gozel seherdir

  • Dilber
    İyun 12, 2013 - 12:32

    duz deyibler. Neinki Sumqayit ozu, insanlari da en eybecer insanlardir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər