Sumqayıt DYP-də ciddi nöqsanlar: rəis işdən çıxarılıb

677

Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi ağır cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində şöbənin fəaliyyətində xeyli nöqsanlar aşkar edilib. Bundan sonra isə Sumqayıt şəhər DYP-nin rəisi Azad Məmmədov və daha bir neçə polis zabiti işdən çıxarılıb. A.Məmmədov və digərləri sərəncama göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbəri Lent.az-a təsdiqlədilər. Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsində yoxlama aparılıb. Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi də daxil olmaqla rəhbərlikdə təmsil olunan 4 polis zabiti işdən çıxarılıb.
Nizam RZA, lent.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər