“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”də istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün işlər görülür.
“Azərenerji”dən “Azadinform”a verilən məlumata görə, cari ilini son üç ayı ərzində 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasının elektrik avadanlıqlarında cari təmir işləri aparılıb, eyni zamanda 220 kV-lik “Yeni Zabrat” və 110 kV-lik II “Sənaye Qovşağı” HX üçün eleqaz açarlar quraşdırılıb. Eyni zamanda 330 kV-lik “Yaşma” yarımstansiyasında da təmir işləri həyata keçirilib. Bildirlir ki, 110 kV-luq “135 saylı” yarımstansiyada 2 saylı 40 MVA transformator yeni 6 kV-lik qapalı paylayıcı quruluşa (QPQ) qoşulub. Eyni zamanda sözügedən dövrdə 110 kV-lik “Sumqayıt-3” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən VII və VIII “Sumqayıt” HX-ləri kabel xətti ilə əvəz edilib.
Bundan başqa 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar”, “Sitalçay”, “Ceyranbatan”, “Gorədil”, “Şamaxı”, “Masazır” və digər yarımstansiyalarda da transformatorlar və onun avadanlıqlarında təmir işləri görülüb.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə bildirir ki, balans mənsubiyyətinə daxil olan EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 550 kV-lik II “Abşeron”, 330 kV-lik I, VIII “Abşeron”, “Xaçmaz”, 220 kV-lik “Yaşma”, VII “Abşeron”, 110 kV-lik II, VII “Sumqayıt” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri işləri yerinə yetirilib.