Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib. 2011-2015-ci illərdə komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bu barədə “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildiriblər. Adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.
22 yaşlı Orxan Əliyev 2011-2015-ci illərdə komandanın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.
Orxan Əliyev, həmçinin U-16, U-17, U-18, U-19 və U-21 millilərimizin də formasını geyinib.