“Sumqayıt” Futbol Klubu iyunun 27-dən etibarən 2022/2023-cü illər mövsümü üçün hazırlıqlara start verib.
Klubun mətbuat xidmətindən bildirilib ki, hazırlıq prosesi ilk mərhələdə, yəni iyulun 15-dək Sumqayıtda “Kapital bank Arena”da keçəcək. Aleksey Baqanın yetirmələri bu müddətdə bir yoxlama oyununa çıxacaq.
Klubun hazırlıq proqramının ikinci mərhələsi isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində olacaq. Komanda Türkiyədə üç yoxlama oyunu keçirməyi planlaşdırır.
https://azertag.az/files/galleryphoto/2022/2/1000×669/1656410003330551225_1000x669.jpg