SUMQAYIT GƏNCLƏRİNİN TƏŞKİLATİ BACARIQLARI ARTIRILACAQ

660


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə cari ilin sentyabr-dekabr aylarında “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi icra olunacaq. Layihə  Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılmasını nəzərdə tutur və bu çərçivədə 80 nəfər Sumqayıtlı gəncə layihələrin yazılması, advokasi və ictimaiyyətlə əlaqələr mövzusunda təlimlər təşkil edilərək onların bacarıqları artırılacaq. Layihədə Sumqayıtlı ictimai fəal gənclərin iştirakı nəzərdə tutulmuşdur.  Layihəyə cəlb olunacaq gənclərin seçimi 30 sentyabra qədər davam edəcək. Oktyabr ayında isə təlimlər keçirildikdən sonra  iştirakçılar təlimlərdən sonra 4 qrupa bölünərək hər biri təlimdəki praktiki bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcək və bunun üçün hər bir qrup öz ideyalarını həyata keçirmək üçün layihə hazırlayacaq. Layihənin sonunda hər bir qrupun təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Layihədə iştirak edəcək şəxslər http://bit.ly/QlpBiq linkindəki ərizə formasının doldurması üçün şərait yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər