Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində 13-14 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Park” restoranda “İctimaiyyətlə Əlaqələr” mövzusunda təlim təşkil edilib.
Təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Layihə əlaqələndirici İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırıb.
İki günlük təlimdə təlimçi Seymur Kazımov təlim iştirakçılarına PR anlayışı, PR haqqında miflər, məqsədi, PR fəaliyyətinin əsas strukturu, PR-da ünsiyyət bacarıqları, PR-da araşdırma, hərəkət, ünsiyyət, qiymətləndirmə mərhələləri, PR və reklam anlayışları arasındakı fərqlər və oxşar cəhətlər, PR strategiyası və digər mövzular interaktiv metodla iştirakçılara çatdırılıb.
Təlimdə gənclər qrup işləri vasitəsi ilə ictimaiyyətlər əlaqələr ilə bağlı praktiki bacarıqlar aşılanıb. Sonda ümumi qiymətləndirmə aparılıb və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilib.