Sumqayıt gəncləri QİÇS-ə yox deyir!

843

Avqustun 9-da Sumqayıtda “Sağlam Düşüncə” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi qrant əsasında seçilmiş “Sən də QİÇS-ə yox de!” layihəsinin təqdimatı keçirildi. Təşkilatın 5 illik icra planı çərçivəsində həyata keçiriləcək 4 aylıq bu layihənin məqsədi maarifləndirmə və ən əsası tolerant yanaşmanı təbliğ etməkdir.

Layihənin koordinatoru Cavid Nəbiyev bununla bağlı deyib: “Bu gün bir çoxları düşünür ki, QİÇS daşıyıcısı ölməlidir. Təbii ki, bu xəstələrə kömək etmək istəyənlər də var. Ancaq ilk olaraq bu xəstələri cəlbetmə vasitələri düşünülməlidir. Onların cəmiyyətə qarışmasına kömək etmək lazımdır. Bu böyük kampaniyanın bir hissəsidir. Layihə özü dörd mərhələdən ibarətdir: Hazırlıq, iştirakçı seçimi, onun icrası və yekun (hesabat xarakterli təqdimat). Iştirakçılar müxtəlif qurumları təmsil edə bilərlər (tələbə, hər hansı icmanın nümayəndəsi və s.). Əslində bu gün QiÇS-lə bağlı layihə həyata keçiririk demək bəlkə də bir çoxları üçün darıxdırıcı ola bilər. Layihənin əsas özəlliyi ondan ibarətdir ki, sonda 2-5 dəqiqəlik (qısametrajlı) filmlər çəkiləcək və ictimaiyyətə təqdim ediləcək.”.

Layihə həmçinin şəbəkə yaratmağı da özündə əks etdirir.. Belə ki, layihə iştirakçıları seçildikləri gündən müəyyən öhdəliklər götürmüş olacaqlar. Bu öhdəliklərdən biri də onlara keçilən təlim əsasında özlərinin təlim proqramlarını hazırlayıb, digər insanlara ötürmələri olacaq. Layihənin koordinatoru həmçinin qeyd etdi ki :“Biz gözləmirik ki, bununla problem aradan qalxacaq. Sadəcə biz aktiv gəncliyin içərisindən ən fəallarını seçib, onların vasitəsilə problemin az da olsa aradan qaldırılması üçün mümkün variantları tapıb insanlara çatdırmağa çalışacağıq”.

Qeyd edək ki, dekabrın 1-i “Ümumdünya QİÇS Günü”, ilk həftəsi isə QİÇS həftəsi hesab edildiyi üçün layihə çərçivəsində çəkilmiş filmlərin məhz bu ərəfədə ictimaiyyətə təqdim olunması nəzərdə tutur.

Layihədə yaxından iştirak etmək istəyən gənclər Təşkilatın rəsmi səhifəsindən əldə edə biləcəyi ərizə forması ilə layihənin işçi  heyyətinə müraciət edə bilər. (www.csyo-az.org)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər