Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənc könüllülərin, Gənc Müəllimlər Şurası üzvlərinin və ictimai fəal gənclərin iştirakı ilə Sumqayıtda Covid-19 virusuna qarşı reydlər davam edir. Tədbir çərçivəsində sakinlərlə profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər paylanılmışdır. Qeyd edək ki, şəhər ərazisində aidiyyatı qurumlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.