“Sağlam Düşüncə” Gənclər Təşkilatı Beynəlxalq əlaqələr proqramı üçün 1 illik təcrübə proqramı elan edir. Proqramın məqsədi fəal, bacarıqlı və ingilis dili bilikləri olan gəncləri təşkilatın fəaliyyətinə cəlb etmək, təşəbbüslərini dəstəkləmək və Azərbaycanı Beynəlxalq arenada təmsil etmələrinə istiqamətləndirməkdir.
İşin təsviri:
• Beynəlxalq Layihələrin hazırlanması və idarə edilməsi,
• Beynəlxalq tərəfdaşların tapılması və onlarla əlaqələrin qurulması,
• Beynəlxalq layihələr üzrə lazımi sənədlərin hazırlanması,
• Avropa İttifaqının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramı üzrə məlumatların geniş auditoriyaya yayılması,
• Avropa Könüllülük Xidməti haqqında təbliğatın aparılması,
• Beynəlxalq səfərlərdə iştirak etmək (Azərbaycanı və təşkilatı təmsil etmək)
Namizədlərə tələblər:
• İngilis (Intermediate-mütləqdir) və rus dili bacarıqları
• İşə məsuliyyətli yanaşma və ünsiyyətçil olmaq
• Tərəfdaş təşkilatların axtarılması və analiz aparmaq bacarığı
• Proqramlar haqqında geniş auditoriya qarşısında təqdimat aparmaq bacarığı
• Görülən işlərlə bağlı hesabat hazırlamaq bacarığı
• Xarici səfərlərdə iştirak etmək imkanının olması
• Sumqayıt şəhərndə yaşamalıdır
• İctimai fəaliyyətdə maraqlı olmalıdır
1 illik proqram çərçivəsində əldə ediləcək təcrübə
• Komandada iş
• Azərbaycanı və təşkilatı beynəlxalq tədbirlərdə təmsil etmək imkanı
• Beynəlxalq layihələrin hazırlanması və icrası
• Xarici dil bacarıqlarının inkişaf etdirilməsi
• Təcrübə proqramını uğurla başa vuran gənclərə təşkilat tərəfindən tövsiyə məktubu (Reference) veriləcək.
Maraqlanan şəxlər dolğun CV-lərini və istək (motivation) məktublarını secretariat@csyo-az.org e-mailina 25 yanvar 2013-ci il tarixinədək göndərməlidilər.
Seçim prosesi
Seçim prosesi 2 mərhələdə aparılacaq. İlk olaraq, namizədlərin CV-ləri və İstək məktublarına əsasən seçim aparılacaq. İkinci mərhələdə uyğun namizədlərlə müsahibə təşkil ediləcək.
Qeyd: Yalnız ilk mərhələni keçən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqələndirici şəxs:
Nicat Xudiyev | Baş Katib
12 mkr, Koroğlu küçəsi 27a, Sumqayıt ş. Azərbaycan, AZ 5011
T/F: (+99418)6465826, GSM:(+99451)5163911
E-mail: sdgt_csyo@yahoo.com, secretariat@csyo-az.org
www.csyo-az.org | www.facebook.com/sdgt.csyo
TECRUBE PROQRAMI HARDA KECIRILECEK?SUMQAYITDA?