“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt gənclərinin İnternet texnologiyaları vasitəsi ilə iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanmasıdır. Layihə çərçivəsində 240 nəfər gənc İnternet resurslarından istifadə etməklə iş yerlərinin axtarılması və karyera imkanlarınını dəyərləndirəcəklər. Bu yollu şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi nəzərdə tutur.
Layihə çərçivəsində ilk təlim aprelin 23-24-də Sumqayıtda yerləşən İnformasiya Texnologiyaları Akademiyasında ali və orta ixtisas təhsil müəssisəsində oxuyan, iş axtaran və işlədikləri işdən tam məmun olmayan gənclər üçün təşkil edildi. Təlimi ‘Azerweb” saytının administratoru, “Ferhadov Studio” MMC-nin direktoru Fərhadov Fərid və Fərdi İnkişaf və Karyera Mərkəzinin direktoru Eyvaz Qocayev aparırdı. 20 gəncin iştirak etdiyi təlimdə peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi. Bundan başqa təlimdə Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin Gənlərlə iş şöbəsinin rəhbəri Rüstəm Sadıqzadə və Sumqayıt şəhər İT Akademiyasının rəhbəri Bəyaz Novruzova da gənclərə düzgün peşə seçimini etməyin yolları haqqında ətraflı məlumatlar verdilər. Onların bu məlumatları gənclər üçün olduqca maraqlı qarşılandı. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edildi.
Salam,adim Elshen Taqiyevdir,1982 il Aprelin 4 anadan olmusham.Orta tehsiliyem,herbi qulluqda olmusham.Evliyem 1 ushaqim var,Sumqayit Tarixi Muzeyinde Fotoqraf kimi calishiram.Maash az olduqunan,size muraciyyet edirem.2-3 Muhafize durmusham,fotonu mukelmel bilirem.
0557394339 coq saq olun
SALAM. ADIM SAMIRE. SUMQAYIT SEHERINDE YASAYIRAM. OZUM ALI TEHSILLIYEM. PSICALOGIYA FAKULTESINI BITIRMISEM.PSIXOLOQ KIMI FEALIYYET GOSTERMEK ISTIYIREM. XAHIS EDIREM YARDIMCI OLASIZ