Sumqаyıt gənclərinin аktivlik prоblеmləri «Fаcеbооk»dа

1089

Bu аrаlаr şəhərimizlə bаğlı məsələlərin «Fаcеbооk» sоsiаl şəbəkəsində müzаkirəsi intеnsiv хаrаktеr аlıb. Dаhа çох gənclərin qаtıldığı müzаkirələr «Sumqayıt gənclərinin ictimai həyatda aktivliyi… Sumqayıtda Gənclər təşkilatlarının fəaliyyəti sizi qane edirmi? Gənclərin təşkilatlanmasına ehtiyac varmı? Əgər gənclər fəal deyilsə, səbəbi nədir və gəncləri aktivləşdirmək üçün nələrə ehtiyac var?» suаllаrı ətrаfındа gеdib. Müzаkirə iştirаkçılаrınа bu diаlоqlаrın böyük bir hissəsinin «168 sааt» qəzеtində dərc оlunаcаğı bаrədə öncədən məlumаt vеrilib. Indi biz həmin müzаkirələri müəyyən iхtisаrlа sizlərə təqdim еdirik:

Vüsal Orucov:

– Çox maraqlı mövzudu. Açığı, məni həmişə düşündürən məsələrdən biridir. Məncə birinci məsələ Sumqayıtda Gənclər evinin olmamasıdı. Belə fəal gəncləri olan bir şəhərin gənclər evinin olması vacibdi məncə… Gənclərimizi birləşdirən bir yer olmalıdır. Birinci gənclər yığışıb Sumqayıtda bir gənclər evi tikdirməlidilər. Ondan sonra onların fəaliyyəti haqqında geniş danışmaq olar.

 

Zaur Ağazadə:

– Sumqayıt gəncləri arasında yetərincə aktiv və ictimai həyatda fəal iştirak edən gənclər var. Sadəcə, həmin gənclərin dəstəyə ehtiyacı var ki, bu dəstək sayəsində onlar özlərini doğrulda bilsin. Bu dəstək Sumqayıt təşkilatları, Gənclər şöbəsi və digər aidiyyatı qurumlar tərəfindən ola bilər. Bu iş təkcə bu qurumların da üzərinə düşmür. Aktiv gənclər olduğu kimi, passiv və dardüşüncəli gənclərimiz də çoxdur. Bu problemi aradan qaldırmaq üçün isə həm təşkilatlar, həm də aktiv gənclər qarşılıqlı fəaliyyət göstərməlidir. Qarşılıqlı şəkildə maarifləndirmə işləri aparılmalıdır. Bundan sonra hansısa inkişafdan danışmaq olar…

 

Elgün Əzizov:

– Sumqayıt gənclərinin təşkilatlamasından qabaq onların 90 %-nin çayxanalardan yığışılması üçün yeni iş yerləri açılmalıdır… Bu dəqiqə Sumqayıtda iş yeri varmı sualı versək, demək olar ki, yox vəziyyətindədir. Təşkilatlara gəldikdə həmin təşkilat gənc bir ailəni dolandırırmı? Ya da qarın doyuzdururmu? Təəsüf ki, yox. Təşkilatdansa iş yerləri açılsın, artıq hamı vətəndən qaçmasın işə görə.

 

Ayaz Ata :

– Sumqayıt gəncləri, ümumiyyətlə, Azərbaycanda və ölkə xaricindəki ictimai aktivliyi daha çoxdur, nəinki Sumqayıtda.

– Gənc özü aktiv olmalıdır ki, ictimai aktivə çevrilsin.

– 1-2 gənclər təşkilatı var, onlar da şəkililər demişkən girlənirlər… İctimai fəaliyyət üçün hardasa “məktəb” formalaşdıran gənclər təşkilatı yoxdur. Bunun üçünsə güclü menecer, layihə yazan, layihə idarə edən lazımdır. Bu bacarıqları bilənlər isə Sumqayıtda qalmaz və qalmır da…

– Gəncləri aktivləşdirmək üçün Motiviasiya lazımdır. İctimai fəaliyyət özü təhsildir – qeyri formal təhsil. Bunu gənclərin çoxu başa düşmür.

-Sumqayıtda təhsil alan tələbələrin ictimai aktivliyini (bəziləri çıxmaq şərti ilə 5-10 nəfərdir).

 

 

Günel Rəcəbova:

– Ən azından Gənclər İdman Baş İdarəsi təlimlər, tədbirlər keçirdir. Gənclər gedib iştirak etmirsə, günahkar özləridir. Gənclər üçün artıq nə edilməlidir? Sumqayıtda yetərincə QHT-lər var, məsələn, biri İREX, hər həftə demək olar ki, tədbir keçirdirik, elanları yayırıq. Amma gənclər gəlmirlər, çox passivdirlər. Nə etməli, məcburi gətirməli deyilik ki… Bildiyimə görə yay fəslində istirahət üçün rayonlara da aparırlar. Gedən gedir, getməyən də getmir.

Mən şəxsən razıyam.

 

Anar Xanlarov:

– Məncə, Sumqayıt gənclərinin öz aralarında inteqrasiyası lazımı səviyyədə deyil. İstedadlı, bacarıqlı gənclər var. Bunu demək artıq olardı. Sumqayıt gəncləri bütün sahələrdə birincidir. Təhsildə, idmanda və digər sahələrdə. Amma onları bir araya toplayan mükəmməl bir qurum lazımdır, özü də bu qurumun Sumqayıtda mərkəzi ofisi olmalıdır. Bəlkə də var, mənim xəbərim yoxdur. Mən özüm də sumqayıtlıyam, jurnalistəm. Düzdür, idman jurnalistiyəm “Çempion“ qəzetində şöbə müdiriyəm. Bu qəzet də Azərbaycanın iki ən populyar, tanınan idman qəzetindən biridir. Harada ki, sumqayıtlı gənc idmançının olmasına dair məlumat eşidəndə onun mətbuat vasitəsilə yayılmasına çalışıram. Bu qəzetin oxucusu olanlar özləri də dəfələrlə görüb ki “Çempion“da sumqayıtlı futbolçularla Sumqayıt futbolu ilə bağlı nə qədər yazılar, müsahibələr yazılıb. Həmin uşaqlar sonradan milli komandanın şərəfini qoruyublar, elə indi də qoruyurlar. Deməyim odur ki, şəxsən bir sumqayıtlı kimi öz şəhərimə çox bağlıyam. Həmişə nə isə bir yol axtarıram ki, sumqayıtlı gənclər, içi mən qarışıq – Sumqayıt üçün nə isə edək. Mən eyni zamanda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası (AGAT) təşkilatının da üzvüyəm. Bu təşkilatın nəzdində fəaliyyət göstərən Gənclərin Uğur Mərkəzi (GUM) Sumqayıtda son vaxtlar çox fəal işlər görür. İnşallah, tezliklə, AGAT-in Sumqayıtda fililalının açılışı da planlaşdırılır. Məqsəd aktiv, fəal Sumqayıt gənclərini bir yerə cəmləməkdir. Yenə deyirəm, ayri-ayrılıqda çox fəal gənclər var, sadəcə, onları böyük bir qurum altında toplamaq lazımdır.

 

 

Sevda Əzizova:

– Gənclər təşkilatına ehtiyac var. Çünki gənclərin problemləri həmişə olub, olacaq da. Məncə, belə bir təşkilat olsa, təbliğatı normal aparılsa, bütün gənclərimiz yaxından iştirak edər.

 

 

Eyvaz Qocayev:

– Anar bəy, ölkəmiqyaslı təşkilatların Sumqayıtda nümayəndəliklərinin yaranması təqdirəlayiqdir və biz bunu alqışlayırıq. Lakin mən hesab edirəm ki, Sumqayıtda kifayət qədər potensiallı gənclər var ki, onlar özləri bir təşkilat ətrafında birləşə bilərlər. Sumqayıt gənclərini yalnız burda yaşayan və onları yaxından tanıyan gənclər bir araya gətirə bilər. Kənardan kimlərsə gəlib burda effektli iş görə bilməyəcək. Bir halda bu mümkündür ki, həmin təşkilat kifayət qədər maliyyə dəstəyi ilə gəlsin..

 

 

Ramiz Alıyev:

– Maraqlı mövzudur. Əslində iki açıq istiqamət var: Gənclər niyə öz aktivliyini Sumqayıtda istifadə etmirlər. Mənim buna öz cavabım var. Şərait yaradılmır. Sübüt Sumqayıtda yay aylarında gənclərin mədəni istirahəti üçün bir neçə cəhd etdik. Amma nəticə olmadı. Ona görə də bizdə Bakıya meyillənirik . Çünki orda maneələr azdı. Digər bir məsələ: Sumqayıt gənclər şəhəridi!!! Amma Gənclər Evimiz hanı?! Heç bir gəncin ehtiyacı olmayan ismayıllı gəncləri üçün Gənclər evi və park açılıb… Bu hələ mən öz gözümlə gördüyümü deyirəm. Paradoks…

 

Orxan Zaman:

– Gənclərin təşkilatlanması, onların hansısa təşkilatda birləşmələri məncə, yaxşı əlamətdir. Əgər gənclər fəal deyilsə, onların maraqlarına uyğun tədbirlər görmək lazımdır. Gənc insan bir az özündə yenilik yaratmalıdır. Öz aralarında maraqlı, daha yeni, lazım olan polemikalar yaratsalar, müxtəlif ədəbi dərnəklərdə, ədəbi məclislərdə iştirak etsələr “zamanın ətəyindən yapışsalar” güman edirəm ki, nəyəsə nail ola bilərlər.

 

 

 

Könül Cəfərova:

– Sumqayıtlı gənclərlə bağlı, çox uzun söhbət gedə bilər, çünki mənim ağrılı yerimdi…

1. İnsanın özündən çox şey asılıdı, əgər bir gənc öz üzərində işləmək istəyib, gözlərini açıb dünyaya, orda baş verənlərə geniş pəncərədən baxmaq istəyirsə, o, bunu eləyəcək, şərait də olmasa, özünə yaradacaq, axtarıb tapacaq…

2. Bizim “mentalitet”, hər şəydə hüdudların olması, böyüklərimiz tərəfindən bizim üçün nə yaxşıdı, nə pisdi, artıq əvvəlcədən müəyyən olması da digər səbəbdi, yalnız məktəb-ev, universitet-ev kimi yollar ölçən və ailəsi qarşışında zəif avtoritetə malik olanlar necə aktiv ola bilərlər???

3. Elə gənclər (xüsusilə də qızlar) var ki, dəyişmək istəyir, yeniliklərə can atır, amma valideynləri tərəfindən buna icazə verilmir… Bu da onları kor eləyir.

4. Elələri də var ki, ” aktiv” di, yəni Fun üçün, təşkilata və ya tədbirə hər şeyi əyləncəyə çevirməyə gəlirlər, bu da bir ağrılı problemdi…Özüm də şahidi olmuşam, qrup oyunlarını Fun-a çevirənlər… Və.s və.s. İlk öncə bizim insanların düşünmək yolunu şüurlarını dəyişmək lazımdır… Bunu isə bilmirəm necə eləmək olar… Məsələn, mən indi Polşadayam, EVS proqramı (heç bu proqram haqqında hansısa gənclərin biliyi varsa, yazsın, məncə 95%-nin yoxdu) ilə gəlmişəm və 9 ay burda təşkilatda işləyəcəm, mən bunu ətrafımdakılardan bəzilərinə deyəndə, mənə suallar verirlər: Valideynlərin səni necə buraxdılar, aman??? Tək necə qalacaqsan??? Və hətta evdə qalmaqdan qorxmursan?? Və s və i.

Çox güluncdü, onda belə çıxır ki, biz elə həmişə evdə oturub çölü, bayırı, dünyanı görməməliyik, dünya ictimaiyyəti ilə tanış olmamalıyıq….

 

Eyvaz Qocayev:

– Bilirsiniz, Sumqayıtda gənclər təşkilatları var və bir neçəsi aktiv fəaliyyət göstərir. Kimsə deyirsə ki, təşkilat yoxdur bu yanlış fikirdir. Yeni təşkilatların yaranmasına da ehtiyac var. Sadəcə olaraq Gənclər təşkilatları kimlərinsə maraqlarına xidmət etməməlidir. Əgər ora üzv olan gənclər görsələr ki, bu təşkilatın məqsədi əslində kimlərəsə dəstək olmaqdır və yaxud hansısa siyasi quruma xidmət edir, o zaman gənclərdə inamsızlıq yaranacaq. Mövcud təşkilatlar buna diqqət yetirməlidirlər.

 

Murad Poladzadə:

– Sumqayıtda gənclər təşkilatları bir o qədər də aktiv deyil. Yəni Bakıya baxanda.

Mən özüm də gənclər təşkilatının üzvü olmuşam. Açığı Sumqayıtda ictimai işlərə maraq göstərən gənclər azdı.

 

Murad Poladzadə:

– Sadəcə, lazımi qədər maariflənməmək, gənclər təşkilatlari haqqında düzgün məlumatın yayılmaması, gənclər təşkilati deyəndə çoxlarında tamam başqa fikirlər yaranır.Yəni lazımsız vaxt ötürmək üçün bir yer. QHT deyəndə isə az qala adamı daşa bassınlar ki, bizim Qeyri Hökümət Təşkilatında nə işimiz var. Onlar QHT-ni dövlət əleyhinə iş görən qurum kimi qəbul edirlər.

Mən səbəbi bunda görürəm.

 

 

Türkan Abbasova:

– Sizin hər biriniz Sumqayıt gəncisiz…Bəs siz özünüzə sual verirmisinizmi ki, biz Sumqayıt üçün nə etmişik???

Sumqayıt gəncliyinin inkişaf etməsi üçün çalışan gənclər də var. Heç olmasa onların haqlarını tapdalamayın əziz “potensiallı Sumqayıt gəncləri”.

 

 

Eldar Mirzəliyev:

– Ümumiyyətlə həmişə olduğu kimi Sumqayıt gəncləri hər yerdə birincidilər. Sumqayıtda həmişə istedadlı gənclər olub və həmişə də olacaq. Ayazın fikri ilə razıyam düz deyir ki, potensiallı gənclər Sumqayıtda qalmır. Amma məncə harda olmağından aslı olmayaraq Sumqayıt üçün nəsə eləməlidirlər… Amma çox təəssüf ki, belə hallar çox az olur. Bu da insanın özündən asılı olan bir şeydi. Məncə, inkişaf və geniş əlaqələr üçün kənara da çıxmaq lazımdı.

 

 

Ramil Zeynallı:

– Sumqayıt gəncləri digər regionlara baxanda öz aktivliyi ilə seçilir. Bu özünü istər ictimai, istərsə də siyasi həyatda özünü büruzə verir. Sumqayıtda çox fəal gənclər var və onlar da ictimai təşkilatlar ətrafında birləşiblər. Sadəcə, əqidəsindən asılı olmayaraq hər bir gəncə dövlət eyni şəraiti yaratmalıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda gənclərin aktivliyi onların siyasi mənsubiyyəti ilə əlaqələndirilir. Bu isə düzgün yanaşma deyil.

 

 

Fuad Salmanlı:

– Bu şərhlərdə ən böyük sual odur ki, nəyə görə gənclər birlikdə deyillər, ya da gənclər təşkilatları azdır və s.

Gənclər təşkilatının yaranması üçün zərurəti hazırlamaq lazımdır. Deyək ki, gənclər bir yerə yığışdı. Niyə yığışsınlar ki?

Bu suala cavab tapmaq, yığışmaq zərurəti haqda düşünmək lazımdır. Məsələn, bu yaxınlarda təşkil olunan dəniz sahilinin zibillərdən təmizlənməsi. Gəncləri bir araya dəniz sahilinin zibillənməsi gətirmişdi. Bu tipli zərurətlər haqda düşünmək lazımdır.

Bildiyim, eşitdiyim qədər gənclər təşkilatları, QHT-lər əsasən pul qazanmaq məqsədilə açılan təşkilatlardır. Onların sahibləri ola bilsin müəyyən işlər görürlər, amma məqsəd yenə də pul qazanmaqdır. QHT-lərə ümumiyyətlə cəmiyyətin etibarı ya yoxdur, ya da sürətlə azalmaqdadır. Məqsəd qrant udmaq, pul qazanmaq olan yerdə nə dərəcədə birlik ola bilər? Mən gənclərin birliyini başqa cür təsəvvür edirəm: Məsələn, gənclərin yaradıcılıq mərkəzi var idi o vaxt. İndi də olmalıdır. DomPioner deyirdilər. Biz ora gedib rəssamlıq, milli rəqsi öyrənirdik. Yəni insanlar tanıyırdıq, rəqqaslar və hər hansı döyüş idmanı ilə məşğul olanlarla konsertdən əvvəl bir yerə yığışırdıq. Orda bir birlik yaşanırdı. Yığışmaq səbəbi isə bizim milli rəqs, onların döyüş idmanını öyrənmək istəyi idi. Yəni yığışmaq birbaşa məqsəd olmamalıdır. Bunun bir nəticəsi ola bilməz. Birlik zərurətdən yaranmalıdır. Düşünsək çox zərurət var. Torpaqlarımız işğal altındadır, məmurlar millətimizi sümürür. Bunlar hamısı bir zərurətdir. Gəlin zərurətləri düşünək.

 

Ramin Qasımov:

– Səbəb sadədir – stimul yoxdu.

 

 

Vüsal Haqverdiyev:

– Təşkilat – bəlkə də başqa ölkələrdə bunun anlamı böyük ola bilər.. Amma Azərbaycanda, Sumqayıtda gənclərin əksəriyyətində “sədrlik”, “idarə etmək”, “məşhurluq” və s. bu tipli hisslər güclü inkişaf etdiyindən və bu tip hisslərin inkişaf etdiyi gənclərin hər birinin bir təşkilat yaratdığndan burda təşkilatın anlamı çox ucuzlaşıb.. Təbii ki, əgər təşkilat yaratmaq şərtləri belə asandırsa, nəticəsi də elə bu olmalıdır.. Bu qalsın bir qıraqda.. Tələbələrin yanında təşkilat adı çəkiləndə qıraqa çəkilirlər ki, bu dəqiqə gələcəklər pul yığmağa. Əksər təşkilatların gördüyü, əksərinin isə planlaşdırdıqları iş elə pul yığmaqdır. Təbii ki, bu yazdığım bütün təşkilatlara yox, əksəriyyətinə aiddir. Yaxşı təşkilata ilk növbədə yaxşı vəsait ayıracaq “sponsor” lazımdır. Bundan əlavə təşkilatın idarə heyəti təşkilat üzvlərindən pul yığmamalıdır, əgər yığarsa da o pulu öz qohum-qonşusunun toyuna, ad gününə yox ehtiyacı olanlara paylamalıdır.. Bu da ki, Azərbaycanda çətin. Bu cürə “təşkil olunmuş təşkilatın” hesabına irəli gedib nə isə əldə etməkdənsə, elə yerimdə qalıb öz addımlarım ilə addımlamağı üstün tutaram..

 

 

Samir Alizadə:

– Elədüşünürəm ki, gənclərin təşkilatlanmasına dair nə tədbir keçirilirsə keçirilsin, öndə duran məsələ gənclərin bu tədbirdə fəal iştirakını təmin etmək, onların maraqlarını çəkməkdir. Maraq olarsa istənilən tədbirdə gənclər fəal olar. Bax əsas problem bu marağı qurmaqdı. Yoxsa bütün tədbirlərdə hansısa təşkilatın və ya qurumun gənclərini daim toplamaq – bu çıxış yolu deyil… Gərək ki, şəhərin digər gənclərinin marağı nəzərə alınmaqla, onların istəyi üzrə nəsə maraqlı proqramlar təşkil olunsun, bu vacib deyil ki, sırf əyləncə olsun.. Bir maraqlanmaq lazımdı görən indi şəhərimizin düşünən gəncləri nə istəyirlər?…

 

Ramil Süleymanov:

– Bu mövzu həmişə biz gənclər üçün olduqca aktiv olub. Sumqayıt Gənclərinin bu günki, aktivliyi məni tam qane etmir. Əgər araşdırma aparılsa bunun tam şahidi ola bilərsiniz. Bir qədər geriyə qayıtsaq təqribən 8 il əvvələ, görərsiniz ki, o gənclərin aktivlik dərəcəsi olduqca yüksək idi. Həmin gənc nəsilin içərisində çoxlu sayda tələbə də var idi. Biz həmin gənc nəsillə bir yerdə çoxlu sayda tədbirlərdə və müxtəlif səpkili aksiyalarda iştirak etmişik. Amma bu gün bu aktivliyi mən görə bilmirəm… İştirak etdiyim tədbirlərdə demək olar ki, həmişə eyni gəncləri görürəm. Bu əslində belə olmalı deyil. Gənclər Təşkilatlarının fəaliyyətinə gəldikdə isə, bu haqda danışmaq mənim üçün daha çətindir. Ona görə ki, şəhərdə Gənclər Təşkilatı kimi fəaliyyət göstərən çoxlu sayda QHT və yaxud TGT var. Onların yalnız bir qisminin fəaliyyəti ürəkaçıcıdır. Qalanları isə yatırlar. Bir qismi qrant gözləyir, bir qismi də bu tədbiri keçirin tapşırığını.

Gənclərin Aktivliyinin artırılmasına gəldikdə isə:

1. Bu Gənclər Təşkilatlarının fəaliyyətini sürətləndirmək üçün onlara kiçik qrantlar ayırmaq lazımdır. Qoy kimin maraqlı layihəsi varsa müraciət etsin və bu layihəni həyata keçirsin. Yaxşı olar ki, bu işə Gənclər İdman Baş İdarəsi nəzarət etsin və Sumqayıtın zəngin iş adamları bu layihələri maliyyələşdirsinlər.

2. Sumqayıt Gənclərinin Milli Konqresi adı altında bir qurum yaransın. Bütün Gənclər Təşkilatlarını öz ətrafına toplasın. Vahid bir koordinasiyadan idarə olunsun. Belə olduğu təqdirdə tez-tez görüşlər tədbirlər keçirmək olacaq. Bu konqresdə toplaşan Gənclər Təşkilatları necə layihə yazmaq olar, donoru necə tapmaq olar və sairə biləcəklər. Tez-tez şəhərin ziyalı, dövlət qurumlarnın rəhbərləri, millət vəkilləri, bələdiyyə orqanları ilə görüşmək imkanı əldə edəcəklər.

3. Mən və mənim dostlarım, Sumqayıt şəhərində Qeyri-Formal Təhsil Akademiyası yaratmaq istəyirəm. Bu akademiyada təhsil alacaq gənclərə ictimai fəaliyyət, təlimçilik bacarıqları, İKT istifadə bacarıqları və digər bacarıqlar öyrədərək, bir zamanlar mənim və mənim kimi gənclərin həyatında onların yetişməsində böyük rol oynayan, QHT-lər (İFES, NQŞ, NDI, Qanunun Aliliyi Resurs Mərkəzi, Hüquq və İnkişaf İctimai Birliyi və sairə), Gənc Müəllimlər Şurası, Sumqayıt şəhər Təhsil Şöbəsi, Gənclər İdman Baş İdarəsinin verdikləri dəstək kimi şəhərimizin gənclərinə vercəyimiz dəstəyin nəticəsində onlarında bu şəhərin ictimai-sosial həyatın da öz tövhələrinin verilməsinə nail olmaqdır.

 

Sarvan Bədəlov:

– Məni tanıyanlar az da olsa var. SİM klub adı ilə populyar olan Sumqayıt İntellekt Mərkəzi – Sumqayıtda intellektual hərəkatın flaqmanı və bir nömrəli, həmçinin yeganə təmsilçisinin həmtəsisçilərindən biriyəm. 2 aydan sonra iki yaşımız tamam olacaq. Bizim təşkilatımız haqqında passivlik sözünü deməzdim. Çünki biz bəlkə də yeganə təşkilatıq ki, hər həftənin bazar günü 150-dən çox Sumqayıt gəncini bir araya toplayıb, intellektual oyunlar keçirik. Təşkilatımız yaranandan bəri Sumqayıtın intellektual gəncləri artıq Bakıya yox, bizim SİM kluba yığışmağa başlayır. Hətta hər həftə bizim klubun oyunlarına Bakıdan da uşaqlar gəlib oynayırlar. Bu, özü bizim aktivliyimizin göstəricisidir. Bu, sadəcə, bizim hər həftə etdiyimizdir. Bundan əlavə bizim şəhər səviyyəli tədbirlərimiz olur ki, bura daha çox gənc qatılır. Bu bizim qəhrəmanlığımızdan irəli gəlmir. Bu, sadəcə, Sumqayıt gənclərinin ciddi, intellektual işlərə marağının olmasından dolayı formalaşır. Biz sadəcə yaxşı təşkilatçılıq edirik. Doğrudur, maliyyə problemləri ilə əlaqədar son vaxtlar tədbirlərimiz ola bilər durğunlaşıb. Amma bir məsələ var ki, biz dövlət qurumu nəzdində fəaliyyət göstəririk. Dövlət qurumunda isə maliyyə məsələləri ilə əlaqədar cari problemlər olur. Odur ki, bizim Sumqayıt gənclərinin fəallığını daha da genişləndirmək üçün bir neçə təklifimiz var:

1. Bizə geniş yer ayrılsın! Ən azından bu çoxsaylı intellektualların komfortu yox, sadəcə praktik baxımdan yerləşməsi üçün lazımdır.

2. İmkanlı şəxslər bizim intellektual fəaliyyətimizi maddi baxımdan dəstəkləsin. Çünki bu yarışları keçirməyə maliyyə vəsaiti lazımdır.

Uğurlarımız:

1. “Xəmsə” milli intellektual oyunu üzrə – 2007-ci ildə keçirilən ilk çempionatda komandamız zona birincisi olub, finala vəsiqə qazandı.

2008-ci ildə biz əsgərlikdə idik və fəaliyyət dayanmışdı. 2009-cu ildə gənclər arasında zona turundan 3 Sumqayıt komandası finala vəsiqə qazandı, şəxsən mənim komandam zona çempionu oldu. Final mərhələsində isə komandam qrup birincisi və 700 komandanın içərsindən ölkənin super finalının 4-cüsü oldu. Elə həmin il məktəblilərdən ibarət Pənc Gənc komandamız Bakı-Sumqayıt zonasının (bu ən çətin zona seçimdir) qalibi, Türküstan komandası 3-cü yerin sahibi oldu. Finalda isə Türküstan komandası ikiqat ölkə çempionu oldu, Pənc Gənc komandası isə III yerin sahibi.

Nə? Harada? Nə zaman? oyun üzrə – mənim kapitanı olduğum “Eldorado” komandası 2008-ci iln payızında Bakıda keçirilən 55 komandanın qatıldığı yarışda ikinci yerin sahibi oldu. 2009-cu ilin payızında klubumuz Suumreturn komandası “Payız kuboku” yarışının 2-cisi oldu.

Təbii ki, bu oyun növü üzrə Bakıda illərin təcrübəsinə malik komandalar var və onların arasında yer götürmək bir qədər intensiv məşq və zaman tələb edir. Məhz bu sahədə uğurlarımız artırmaq üçün bizə Sumqayıtda sadəcə yığışıb oynamağımız üçün yer ayrılmalıdır. İnanıram ki, bu problem asanlıqla öz həllini tapa bilər. Sadəcə məsul şəxslər diqqətli olsalar…

 

Vüqar Tağıyev:

– Mən Sumqayıtda Gənclər və İdman Baş İdarəsindən başqa gənclərlə əlaqədar hansısa bir başqa təşkilat və ya qurum tanımıram. Bu idarənin də ancaq adını eşitmişəm. Məncə, bu məndən irəli gələn bir problem deyil. Fikrimcə, bunun səbəbi Sumqayıtdakı gənclər təşkilatlarının ya qapalılığından, ya passivliyindəndir. Nəsə tədbirləri olanda belə özlərindən başqa heç kimin xəbəri olmur.

 

Ziyəddin Məmmədov:

– Bu gün Sumqayıtda gənclər təşkilatlarının mövcud olduğundan neçə Sumqayıtlı gəncin xəbəri var? Məsələn, mən özüm. Xəbərim yoxdur. Çünki kimsə reklam etməlidi. Mən 26-cı kvartalda yaşayıram. Amma indiyə kimi görməmişəm ki, kimsə gəlsin ordakı boyaboy düzülmüş çayxanalarda oturan gənclərə şirin dillə desin ki, bəs filan vaxt filan yerdə filan təşkilat tədbir keçirəcək. Gəlsəniz sevinərik. Orda oturan 10 uşaqdan ən azı 3-ü gələcək, maraqlı olsa, gəlib digərlərinə təbliğ edəcək. Bax maraq belə olur. Yoxsa heç kim gözləməsin ki, gənclər durub küçə-küçə təşkilat axtarsın. Elə mən özüm. Tətildə Sumqayıtda olanda (ölkə kənarında təhsil alıram) görəcək bir iş tapmıram. Həftədə 2 dəfə futbol oynamaqla təşkilatlanmaq olmaz. Axırıncı dəfə Sumqayıtda olanda Çingiz Abdullayevin qatıldığı tədbir var idi. Çox adam qatılmışdı buna. Bu kimi tədbirlər olsa və ən əsası reklam olunsa nəsə qazanmaq olar. Burda – Ankarada bir proqram təşkil olunacaqsa çbh həftə əvvəldən bütün küçələrdə reklam panolarını dolu görürsən. Çox adam da qatılır. Əgər bunu bu boyda Ankarada (ərazisinə görə deyirəm) etmək mümkündüsə, Sumqayıtda da mümkündür. Sadəcə könüllülər lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər