“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

966

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi “Regionlarda vətəndaş cəmiyyətinin inkişafına dəstək” layihəsi çərçivəsində Sumqayıt və Lənkəran QHT-lərinin bacarıqlarının gücləndirilməsi məqsədilə seminarlara start verib.

İilk seminar ABŞ Demokratiyanı Himayə Fondunun (NED) maliyyə dəstəyilə bu həftə Sumqayıt şəhərində keçirilib. İki günlük seminarı xüsusi beynəlxalq təlim keçmiş mütəxəssis Əhəd Kazımov aparıb. Seminar layihə təkliflərinin hazırlanması, QHT-lərdə maliyyə idarəetməsi, maliyyə axtarışı (fandreyzinq) və QHT-lərdə ictimaiyyətlə əlaqlərinin qurulması mövzularını əhatə edib. İREX-in Sumqayıt İcma Məlumat Mərkəzində keçirilmiş seminarda iştirakçılar qruplar şəklində aktual problemləri özündə əks etdirən layihələri müzakirə ediblər. Ümumi araşdırmalar nəticəsində layihələrin yaradılmasında meydana gələn suallar və onların həlli yolları seminar nümayəndələrinə izah edilib.Tədbirin sonunda seminar iştirakçıları seminarın mövzusuna öz münasibətlərini bildirdilər. Seminarlarda mövzularla bağlı materiallar və fondların mövcud qrant müsabiqələri iştirakçılara təqdim edilib.

Tədbirdə “Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi, Müasir Repressiya Qurbanları İctimai Birliyi, “Səyyar Məktəb” İctimai Birliyi, “Cek Cəmiyyəti” İctimai Birliyi, Gənclərə Dayaq və İnkişaf Mərkəzi İctimai Birliyi, Çıraq Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzi, Gənclərin Həmrəyliyi İctimai Birliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və digər QHT nümayəndələri, həmçinin ali məktəblərin tələbələri iştirak ediblər. Növbəti seminar Lənkəran şəhərində keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər