“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Ədliyyə Nazirliyinə qarşı iddiası Avropa Məhkəməsində icraata götürülüb

778

Elchin Mammad3“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi (SGHMB) Ədliyə Nazirliyini Avropa İnsan Haqları Məhkəməsinə verib. Müraciətin səbəbi QHT-nin uzun illər dövlət qeydiyyatına alınmaması ilə bağlı vəzifəli şəxsin cəzalandırlıması və zərərçəkən tərəfin 20 min manat məbləğində təzminat ödəməsi barədə iddiasının yerli məhkəmələrdə təmin olunmamasıdır. Bütün bunlarla bağlı təşkilat pozulmuş hüquqlarının bərpasını istəyir. “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyindən Sumqayitxeber.com saytına verilən məlumata görə sonuncu dəfə 2009-cu ilin iyun ayının 16-da Azərbaycan Respublikası Ali Məhkəməsində Hakim Ə.Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təşkilatın Ədliyyə Nazirliyinə qarşı kassasiya şikayətinə baxılıb. İddiaçı tərəf Appellyasiya Məhkəməsinin 13 iyul 2007-ci il tarixli qərarının ləğv edilərək “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmaması ilə bağlı vəzifəli şəxsin cəzalandırlıması və zərərçəkən tərəfin 20 min manat məbləğində təzminat ödəməsi barədə iddiasının təmin olunmasını irəli sürüb. Ali Məhkəmə SGHMB-nin hər iki iddiasının təmin olunması üçün ciddi əsasların olmaması və iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olmaması barədə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, SGHMB dövlət qeydiyyatına alınmaq xahişi ilə 7 il mütəmadi olaraq Ədliyyə Nazirliyinə müraciət etsə də süründürməçiliyə yol verilərək təşkilatın hüquqları təmin olunmayıb. Nəticədə adıçəkilən birlik məhkəməyə müraciət edib. 2008-ci ilin fevral ayının 2-də Yasamal Rayon Məhkəməsi SGHMB-nin iddiasını qismən təmin edərək təşkilatın dövlət qeydiyyatına alınması barədə qərar çıxarıb. Lakin məhkəmə iddianın digər hissəsini-hərəkətsizliyə yol verdiyinə görə vəzifəli şəxsin cəzalandırlıması və zərərçəkən tərəfin 20 min manat məbləğində təminat ödəməsi barədə iddianı təmin etməyib. Bundan sonra SGHMB hüquqi mübarizəni digər məhkəmə instansiyalarında davam etdirib. Apellyasiya Məhkəməsi yerli məhkəminin qərarını qüvvədə saxladığından SGHMB kasassiya şikayətilə Ali Məhkəməyə müraciət etmişdi.

Buna münasibət bildirən SGHMB-nin prezidenti Elçin Məmməd pozulmuş hüquqlarının bərpasına nail olmaq məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olub. Bu günlərdə müraciətə baxan Avropa İnsan Haqları Məhkəməsi işi icraata götürüb. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökuməti ilə kommunikasiyalara başlayacağı bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər