Sumqayıt hadisələri ilə bağlı Konqres üzvlərinə məktublar göndərilir

759

ABŞ-dakı Azərbaycan diasporu Sumqayıt hadisələri ilə bağlı həqiqəti çatdırmaq üçün Konqres üzvlərinə məktublar göndərirlər
ABŞ azərbaycanlıları növbəti kampaniyaya başlayaraq 1988-ci il hadisələri barədə həqiqəti çatdırmaq üçün ABŞ mediasına və Konqres üzvlərinə məktub göndərirlər.

Məktublarda bildirilir ki, “təəssüf ki, ermənilər 23 ildir ki Sumqayıt hadisələri barədə təhrifedici və saxtalaşdırıcı təbliğat aparırlar və bu təbliğatın proaktiv cavabını vermək vacibdir”.

Məktublarda məqsəd ABŞ mediasını və siyasətçilərini 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş vermiş faciəli hadisələr barədə məlumatlandırmaqdır: “O dövrün qeyri-sabitliyini, Qafqaz regionundakı mürəkkəblikləri anlamaq üçün həqiqəti üzə çıxarmaq vacibdir. İcmalar arasında münasibətlərin necə sürətlə pisləşdiyini, onlardan birinin təcavüzkarlığı və expansionist hərəkətlərinin torpaqların işğalı və etnik təmizləmə ilə nəticələndiyini izah etmək lazımdır”.

Məktubda bildirilir ki, “Sumqayıt talanları” SSRİ-nin süqutuna yaxın “yenidənqurma” dövründə Azərbaycanın sənaye şəhəri – iqtisadi depressiyada olan və yoxsulluğun baş alıb getdiyi Sumqayıtda 1988-ci il fevralın 28-də baş verən hadisələrə əsaslanır: “Rəsmi məlumatlara görə, uğursuz təxribatlar nəticəsində 32 adam (26 erməni, 6 azərbaycanlı) öldürülüb, çoxlu adam yaralanıb, vandalism və talan nəticəsində şəxsi və dövlət əmlakına ziyan dəyib”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər