Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib

1404

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfranz zalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayət hadisələrindən biri olan Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib.

Sumqayıtda 1988-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş hadisələrin 31-ci ildönümünə həsr edilmiş dəyirmi masanı açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, hər il Sumqayıt hadisələrinin ildönümü yaxınlaşanda erməni təbliğat maşını işə düşür və azərbaycanlılar ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə həyata keçirdiyi təxribatların tərkib hissəsi idi.

Diqqətə çatdırılıb ki, 1988-ci il fevralın 27-28-də Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrə 31 illik bir tarixdən boylanıb baxanda həmin hadisələr zamanı öncədən görünməyən tərəflər aydınlaşır.

Dəyirmi masada çıxış edənlər qeyd edib ki, şahid ifadələri əsl günahkarın əslində iki dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan olduğunu sübut etdi. Məhz həmin günlərdə şəhər əhalisinin sayıqlığı nəticəsində yüzlərlə erməni ailəsi qəddar qriqoryanlardan qoruna bildi. Minlərlə azərbaycanlı ailəsi ermənilərə öz evlərində sığınacaq verdi. Buna görə də hadisələrin daha geniş miqyas almasının qarşısı alındı.

Vurğulanıb ki, Sumqayıt hadisələrində zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Bu isə Sumqayıt hadisələrinin məhz ermənilərin özləri tərəfindən məqsədli şəkildə törədildiyinə sübutdur.                           

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər