“Sumqayıt” hazırlıqlara tam heyətlə start verdi

649
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi”ni məğlubiyyətə uğradan (3:2) “Sumqayıt” “Bakı” ilə oyunun hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, səhər məşqində tam heyətlə hazırlaşan komandanın heyətində zədəli futbolçu yoxdur. Yalnız Taner Taktak fərdi məşqlərlə kifayətlənib. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. Sabah isə “Sumqayıt” istirahət edəcək.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında “Bakı”nı qəbul edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər