2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, son olaraq Hollandiyanın “Maastrixt” klubunda çıxış etmiş hücumçu Atilla Yıldırımla müqavilə imzalanıb.
Yıldırım “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı Atilla Yıldırım “Maastrixt” (29 oyun, 8 qol) klubundan başqa “Utrext” (2 oyun, 1 qol), “Kasımpaşa” (18 oyun, 4 qol), “Konyaspor” (20 oyun, 1 qol), “Bucaspor” (17 oyun 1 qol), “Şanlıurfaspor” (7 oyun, 2 qol), “Elazığspor” (8 oyun, 1 qol), “Kocaeli Birlik Spor” (12 oyun), “Sivas Belediye Spor” (30 oyun, 11 qol) və “Nazilli Belediye Spor” (18 oyun, 1 qol) klublarında da forma geyinib.