Sumqayıt icra hakimiyyəti nazirliyin əməkdaşlarını mükafatlandırdı – FOTOLAR

1773

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12-ci ildönümü münasibətilə FHN Sumqayıt Regional Mərkəzində tədbir keçirilib.

FHN Sumqayıt Regional Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorundan verilən məlumata görətədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb. Sonra tədbir Mərkəzin akt zalında davam etdirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əməkdaşlar 1 dəqiqəlik sükutla ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən natiqlər tərəfindən Fövqəladə Hallar Nazirliyinin yaradılma zərurəti, bugünədək keçdiyi yol, qısa zaman ərzində qazandığı nailiyyətlər barədə məlumat verilib və FHN-nin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərildiyi qeyd olunub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı və xidmətində səmərəli fəaliyyətə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş əməkdaşlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının I müavini Faiq Kərimov tərəfindən fəxri fərmanlar təqdim olunub.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər