Sumqayıtda növbəti vakansiya elan olunub. Xeberle.com-un verdiyi məlumata görə, SOCAR Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Sumqayıt şəhəri) üzrə vakansiya elan edib. Vakansiya üçün son müraciət tarixi bu gündür.
Tələb olunan minimum təhsil səviyyəsi: Orta
Tələb olunan əmək fəaliyyəti: Sahə üzrə – 2 ildən yuxarı
Müəssisənin adı: Karbamid Zavodu
Vəzifə(peşə) funksiyaları:
• Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sahələrinə xidmət etmək;
• Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi işlərini aparmaq;
• Güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
• Elektrik avadanlıqlarını təmir etmək, onlara baxış və texniki xidmət göstərmək, elektrik cihazları, elektromaqnit və elektrodinamik sistemlərini sökmək, sazlamaq;
• Ölçü transformatorlarının dəqiqlik sinfini yoxlamaq;
• Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərini təmir etmək, montaj və sökülmə işlərini aparmaq;
• Yüksək voltlu kabel şəbəkələrində epoksid ucların ayrılması, mis və alüminium kabelləri arasında birləşdirici muftaların montajı işlərini yerinə yetirmək;
• Çertyoj və sxem üzrə işləri yerinə yetirmək;
• Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağını etmək;
• Təmir edilmiş elektrik avadanlıqlarını istismara təhvil vermək.
İşçi bilməlidir:
• Müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını;
• Elektron sistemli relenin və cihazların quruluşunu və mürəkkəb konstruksiyasını;
• Elektrik maşın, aparat və cihazların kompleks sınağı qaydalarını;
• Elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin tərtibi qaydalarını;
• Yüksək tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini;
• Gərginlik stabilizatorlarının, yarımkeçiricilərin, operativ işıqlandırmanın və operativ idarə pultunun sxemini;
• Sabit və dəyişən cərəyanlı elektrik avadanlıqlarının müxtəlif tiplərinin quruluşunu;
• Elektrik mühərrikləri və aparatlarının yoxlanılması, təmiri, yığılması, qurulması və xidməti üzrə səmərəli üsulları;
• Rele müdafiəsinin təyinatını;
• Bütün tiplərdən olan elektrik xətlərinin çəkilməsinə qoyulan texniki tələbləri;
• Avadanlıq və qidalandırma mənbələrinin iş prinsipini;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Müraciət etmək istəyənlər http://careers.socar.az saytına daxil olaraq müraciət edə bilərlər.
Sumqayıt Karbamid Zavodunda işçi axtarılır – Son müraciət tarixi bu gündür
•
4031